Koronavirusa görə Özünü-yoxla proqramı | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

Koronavİrusa görə Özünü-yoxla proqramı

Tənəffüs yollarından götürülən nümunələrdə COVID-19 xəstəliyinə səbəb olan virusu müəyyənləşdirə bilən laboratoriya testləri mövcuddur. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyinin TƏBİB-i tərəfindən müəyyən edilmiş müvafiq laborotoriyalarda hazırda virusun P PZR testi iklə təyin edilməsi keçirilir.

Testdən kimlər keçirilməlidir?

Bütün əhalinin COVID-19-a görə test müayinəsindən keçirilməsinə ehtiyac yoxdur. Burada, test müayinəsindən keçirilmə və ya müalicənin aparılması barədə qərarın verilməsinə kömək edə biləcək bəzi məlumatlar mövcuddur.

  • Əksəriyyət insanlar xəstəliyi yüngül  şəkildə keçirir və bu kimi xəstələrin ev şəraitində tam şəkildə sağalması mümkündür.
  • Bu virus üçün xüsusi olaraq təsdiqlənmiş spesifik müalicə mövcud deyildir.
  • Test müayinəsinin nəticələri, müayinədən keçirilən şəxsin kimlərlə təmasda ola biləcəyi barədə qərarın qəbul edilməsinə kömək edə bilər.

Hansı şəxslərin test müayinəsindən keçirilməsinin zəruri olduğu barədə Səhiyyə Nazirliyinin və TƏBİB-in xüsusi təlimatı mövcuddur, lakin testlə bağlı qərarların verilməsi – müvafiq dövlət tibb müəssisələri və/və ya ayrı-ayrı həkimlərin ixtiyarındadır.

 

Test müayinəsindən necə keçmək olar?

Əgər sizdə COVID-19 əlamətləri mövcuddursa və ya buna şübhəniz varsa, bununla bağlı 103 və ya 15-42 telefon nömrələri ilə əlaqə saxlayıb bu barədə bildirməlisiniz. Tibb işçiləri tərəfindən bütün risk faktorları və klinik vəziyyətiniz öyrənildikdən sonra testin keçirilməsinə dair müvafiq qərar qəbul ediləcəkdir.


Əgər özünüzü çox pis hiss edirsinizsə, dərhal həkimə müraciət edin

Hansı hallarda tibbi yardım almaq üçün müraciət etmək mütləqdir.
Sizdə COVID-19 üzrə təcili xəbərdaredici əlamətlərin inkişaf etdiyi təqdirdə, dərhal 103 və ya 15-42 nömrələrinə zəng edib tibbi yardım almağınız vacibdir.
Təcili xəbərdaredici əlamətlərə aşağıdakılar daxildir*:

  • Tənəffüsün çətinləşməsi
  • Döş qəfəsində davamlı ağrının və ya təzyiq hissinin mövcud olması
  • Huşun bulanıqlığı və ya xəstənin oyana bilməməsi kimi yeni meydana çıxmış vəziyyətlər
  • Dodaqların və ya üzün göyərməsi

* Yuxarıda qeyd edilmiş  siyahıya bütün xəbərdaredici əlamətlər daxil edilməmişdir.  Özünüzdə digər ağır dərəcəli  və ya narahat edici əlamətləri müşahidə etdiyiniz təqdirdə, mütləq öz həkiminizlə  və ya 103 nömrəsi ilə təcili yardım xidməti ilə əlaqə saxlamanız və tibb işçisi ilə məsləhətləşməyiniz ciddi tövsiyə olunur.