Resurslar | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

Resurslar

Saytın Resurslar bölməsi Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) işlənib hazırlanmış sənəd və maarifləndirici materialları, eləcə də İSİM-in kitabxanasında mövcud olan kitabların elektron kataloqunu Sizin diqqətinizə çatdırır.

Sənədlər səhifəsində İSİM-də və ya İSİM-in əməkdaşlarının bilavasitə iştirakı ilə tərtib edilmiş, yaxud hazırlanmış hesabat, məruzə və təqdimatlarla tanış ola bilərsiniz. Burada əsasən strateji xarakter daşıyan sənədlər (strategiyalar, konsepsiyalar), aparılmış tədqiqatların hesabatları, eləcə də İSİM-də işlənib hazırlanmış bir sıra metodik sənədlər yerləşdirilib.

Maarifləndirmə materialları səhifəsində ümumi əhali, yaxud əhalinin müəyyən qrupları (məsələn, şagirdlər, tələbələr, valideynlər, müəllimlər, reproduktiv yaşda olan qadınlar, pasiyentlər və s.) üçün nəzərdə tutulmuş maarifləndirici materiallar jpg və ya pdf formatında yerləşdirilib. Bu materiallarda xəstəliklərin profilaktikası və risk faktorları, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, ekologiya və sağlamlıq, narkomaniya, yol təhlükəsizliyi və s. kimi vacib problemlərlə bağlı faydalı və etibarlı məlumatlar əks olunub. Həmin materiallar mütəmadi olaraq İSİM tərəfindən hazırlanıb buklet, plakat, broşür, vərəqə, təqvim və s. şəklində çap etdirilir və  kommunikasiya kampaniyalarının və tədbirlərin keçirilməsində, həmçinin praktik həkim və müəllimlərin işində geniş istifadə olunur.

Elektron kataloq səhifəsində İSİM-in kitabxanasında mövcud olan kitab, dərslik, metodik vəsait və dövri nəşrlər barədə ətraflı məlumat təqdim edilir. Kitabxanada tibbi xidmət keyfiyyətinin yüksəldilməsi və idarəçilik, səhiyyə iqtisadiyyatı, biostatistika və epidemiologiya, sübutlu təbabət və digər sahələrdə çalışan mütəxəssislər üçün maraqlı ola biləcək ictimai səhiyyə problemləri üzrə müasir çap materialları toplanılıb. Bu kitab, jurnal və digər çap məhsulları oxuculara üç dildə (azərbaycan, ingilis və rus) əlçatan ola bilər. Kitabxana həftənin bazar ertəsindən cümə gününə kimi saat 9.00-dan 17.30-dək işləyir. Kitabların əldə edilməsi üçün qeydiyyatdan keçmək mütləqdir. Eləcə də kitabxananın oxu zalında internetə çıxışı olan kompüterdən istifadə etməklə iş üçün şərait vardır.

Sənədlər

Maarifləndirmə materialları

Elektron kataloq