İnara Makayeva - Monitorinq və təhlil şöbəsinin müdiri
Monitorinq və təhlil şöbəsi
Statistika, monitorinq və təhlil şöbəsinin vəzifələri:
Səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə kəmiyyət və keyfiyyət göstəricilərinin hazırlanmasında və qəbul edilməsində iştirak edilməsi;
Respublika səhiyyəsində monitorinq və təhlil sisteminin işləməsi üçün mexanizmin yaradılması;
Səhiyyə sisteminin müvafiq monitorinq və təhlil strukturları ilə sıx əlaqələrin yaradılması və vəzifələrin müəyyənləşdirilməsi;
Keyfiyyətli monitorinq və təhlil aparılması üçün məlumatın toplanılması metodlarının yaradılmasında iştirak edilməsi;
Elektron və kağız məlumat bazalarından istifadə edərək tibb müəssisələrində göstərilən xidmətin keyfiyyətinin monitorinqində və nəticələrin təhlilində iştirak edilməsi;
Göstərilən tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün monitorinqin nəticələrinə əsaslanaraq hesabatın hazırlanmasında və müvafiq tibb müəssisəsi ilə nəticələrin qarşılıqlı müzakirəsində iştirak edilməsi;
Səhiyyədə aparılan sorğu və tədqiqatlarda iştirak edilməsi;
Səhiyyədə monitorinq və təhlil üzrə bilik və bacarıqların yaxşılaşdırılması, bu sahədə xarici ölkələrin müvafiq strukturları ilə təcrübə mübadiləsi edilməsi;
Monitorinqin nəticələrinin və təhlilinin Respublika ictimaiyyətinə çatdırılmasında iştirak edilməsi;
Fəaliyyət çərçivəsində İSİM-in digər şöbələri ilə əməkdaşlıq edilməsi.