Mobil tətbiqlər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

Mobİl tətbİqlər

 

“Vaksinasiya təqvimi” mobil tətbiqi

“Vaksinasiya təqvimi” mobil tətbiqi sağlamlığınızı qorumaq və ictimai sağlamlığı dəstəkləmək üçün hazırlanmış platformadır. Bu proqram istifadəçilərə vaksinlər və ən son tibbi yenilənmələr haqqında ətraflı məlumat verir.

Sağlamlığınızı qoruyun və biliklərinizi ətrafınızdakılarla paylaşın. “Vaksinasiya təqvimi” mobil tətbiqini yükləyin və sağlamlıq məsələlərinə daha dəqiq yanaşın.

 Android - LINK

 iOS - LINK

 “Sağlam uşaq” mobil tətbiqi

 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanaraq təqdim olunan bu mobil tətbiqi məktəbyaşlı uşaqlar, valideynlər və müəllimlər üçündür.

Mobil tətbiqdə məktəbyaşlı uşaqların sağlam böyüməsi və inkişafı üçün maarifləndirici materiallar təqdim edilir. Müvafiq mövzular üzrə məqalə və videolarla yanaşı, çap materialları, infoqrafika və s.materiallarda zərərli vərdişlərin mənfi təsirləri, sağlam qidalanmanın və hər gün fiziki aktivliyə vaxt ayırmağın vacibliyi izah olunur. Eyni zamanda, mobil əlavədə xəstəliklərin əsas risk amilləri barədə ətraflı məlumat, o cümlədən fiziki və psixi sağlamlığın qorunmasına dair tövsiyələr verilir.

Mobil tətbiqi, həmçinin ailə və gənclər mərkəzləri, yerli dəstək qrupları və digər təşkilatların nümayəndələri, müxtəlif sahələr üzrə mütəxəssislər üçün də faydalı bilgilər əldə etməyə imkan verir.

 Android - LINK

 iOS - LINK

 

"Palliativ Yardım" mobil tətbiqi

Palliativ qayğı ağır xəstəliyi olan pasiyentlərin və onların ailə üzvlərinin mümkün həyat keyfiyyətinin dəstəklənməsi və əzab-əziyyətin azaldılmasına yönəlmiş multidissiplinar tibbi ixtisasdır.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış bu mobil tətbiqin əsas məqsədi pasiyentlərə, onların ailə üzvlərinə, habelə tibb işçilərinə palliativ qayğıya dair ətraflı məlumat təqdim etmək, yarana biləcək suallara cavab tapmaqda yardımcı olmaqdır.

Mobil tətbiqdə palliativ qayğının xüsusiyyətləri ilə yanaşı müşahidə edilən simptomların idarə edilməsi, psixoloji və sosial dəstəyin göstərilməsi, ailədaxilində yaxın şəxsin itirilməsi qorxusu və ya təşvişin azaldılmasına yönəlik tədbirlər təsvir edilib. Burada həmçinin palliativ yardımla bağlı milli və beynəlxalq təcrübə, Azərbaycanda palliativ yardımla məşğul olan təşkilatlar və onların fəaliyyətinə dair xəbərlər yer alıb.

Android - LINK

iOS - LINK

"Burla Xatun" mobil tətbiqi

Hər bir hamilə qadın gələcək körpəsinin ana bətnində necə böyüdüyünü və sağlamlıq durumunu bilmək və izləmək istəyir. “Burla Xatun” mobil tətbiqi hamiləliyiniz, körpənizin inkişafı və hamilə qadınlar üçün əhəmiyyətli tövsiyələrlə bağlı məlumatları tez və asanlıqla əldə etmək imkanı verir, habelə doğuşdan sonra yenidoğulanların və körpələrin qayğısına dair ən mühüm məqamları sadə dildə açıqlayır.

“Burla Xatun” mobil tətbiqi vasitəsi ilə: hamiləliyin gedişatını həftələr üzrə izləmək, həftələr üzrə körpənin inkişafını izləmək, mayalanma tarixinə əsasən doğuş tarixini hesablamaq, tibbi təlimat və tövsiyələrə əsasən bədən çəkisini və bədən kütlə indeksini, digər sağlamlıq göstəricilərini idarə etmək, hamiləlik əlamətlərini monitorinq etmək, həkim ilə virtual və fiziki görüşlər təyin etmək, dölün ultrasəs görüntüsünü, digər qeydiyyatları və məlumatları xatirə kimi saxlamaq mümkündür.

“Burla Xatun” mobil tətbiqində aşağıdakı keçidlərdən ətraflı məlumat əldə edə bilərsiniz:

- Körpəmin inkişafı

- Ananın qidalanması

- Körpənin qidalanması və ana südü ilə qidalandırma

- Faydalı məsləhətlər

 Bu tətbiqdən istifadə etdikdə hər bir yaranan sual və ya narahatçılıq və ya səhhətinizdə problemlər ilə bağlı həkiminizlə məsləhətləşmək tövsiyə olunur.

Android - LINK

iOS - LINK

"Sağlamlığım" mobil tətbiqi xəstələrə qayğının yaxşılaşdırılması, tibbi maarifləndirmə və tibbi məlumatlılığın təmin edilməsinə yönəlib. Tibbi vəziyyətlər və xəstəliklər haqqında ətraflı məlumatı özündə cəmləşdirən bu tətbiqdən – Xəstəliklər və Vəziyyətlər linkinə keçərək və ya axtarış düyməsinə tıklayaraq istifadə etmək olar.
Onlayn olaraq, pasiyentlər müxtəlif xəstəliklər və klinik vəziyyətlər və onların ən son elmi tədqiqatlara əsaslanan müalicələri barədə məlumat almaq, dərman və ya qida əlavələri haqqında məlumat axtarmaq, tibbi terminlərin mənalarını öyrənmək, tibbi video və ya xəstəliklərə aid şəkillərə baxmaq və tibbi yeniliklərlə tanış olmaq imkanı əldə edə bilərlər.

Tətbiq və burada olan məlumat və tövsiyələr ümumi tibbi maarifləndirmə üçün nəzərdə tutulub və tibb işçisinin, həkimin müayinəsini və müalicə taktikasını əvəz etmir. Bütün hallarda həkimlə məsləhətləşmək ciddi tövsiyə olunur.

Android - LINK

"İlk Yardım tətbiqi" gündəlik fövqəladə hallara cavab verməyə kömək edir və təcili tibbi hallarda həyata keçirilən tədbirlərə dair tövsiyələr verir.
Tətbiqi telefonunuza və ya planşetinizə yükləyərək, təcili tibbi yardım xidmətləri və ya digər təcili yardım qurumları tərəfindən lazım olduqda və ya təlimat verildikdə ilk yardım tədbirlərini həyata keçirmək və ya aparılan tədbirlərə yardımçı olmaq üçün tematik videolara və sadə addım-addım təlimatlara çıxış imkanı əldə etmiş olursunuz.

AndroidLINK

iOS - LINK

“VideoDoktor” vasitəsilə həyata keçirilən teletibb xidmətləri, məcmu şəkildə “VideoDoktor Professionals” kimi tanınan müstəqil mütəxəssis fəaliyyətlərini cəmləşdirən qrupun daxilində çalışan lisenziyalı həkimlər tərəfindən təmin edilir. Bu mütəxəssislər “VideoDoktor” teletibb platforması üzərindən xidmətlər təmin edir.

Hər gün və hər yerdə
Üzbəüz video qəbullar tələb-üzrə və ya əvvəlcədən təyin olunmuş vaxtda, gündüz yaxud gecə, bayram günləri daxil olmaqla keçirilə bilər. Təhlükəsiz ev şəraitində yüksək keyfiyyətli tibbi yardım əldə edin.

Android - LINK

iOS - LINK

 

«MD Reference” mobil tətbiqin əsas vəzifəsi klinik qərarların qəbulunda həkim və orta tibb işçilərinə dəstək olmaqdır. İstifadəsi olduqca rahat olan bu mobil aplikasiya həkimlər və digər səhiyyə işçilərinin bu sahədə ən son yeniliklərdən daima xəbərdar olmalarına kömək edəcək.“MD Reference” mobil tətbiqi Android və İOS əməliyyat sistemli cihazlarda Google Play-dən (Play Market),App Store-dan asanlıqla yüklənilə bilir.
«MD Reference» üzərində böyük bir komanda durmadan çalışır. Günbəgün bu mobil applikasiya yenilənir.

Android - LINK

iOS - LINK

İSİM tərəfindən yeni mobil tətbiqi hazırlandı

“Sağlam qida” mobil tətbiqini yükləyin, qəbul edilən kalori miqdarına nəzarət edin!

Gün ərzində sağlam qidalandığınızı və gündə neçə kalori qəbul etdiyinizi bilmək istəyirsiniz? Onda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan bu mobil əlavə əsl sizin üçündür.

“Sağlam qida” mobil tətbiqi düzgün qida rasionunu tərtib etməyə, qəbul edilən kalori miqdarını hesablamağa kömək edəcəkdir. Təlimat OFFLINE rejimində işləyir və işləmək üçün internet bağlantısı tələb olunmur.

Mobil tətbiqi 5 əsas hissədən ibarətdir:

1) Kalori kalkulyatoru

2) Bədən kütləsi kalkulyatoru

3) Qida dəyəri kalkulyatoru

4) Gündəlik kalorinin kalkulyatoru

5) Sağlam qida ilə baglı məqalələr

Mobil əlavə Azərbaycan dilindədir.

Android - LINK

iOS - LINK

Video - LINK

"Tütündən imtina et" mobil tətbiqinin köməyi ilə tütünçəkmənin zərərləri barədə öyrənmək və siqareti tərgitmək üçün faydalı məlumatlar əldə etmək olar.

Əlavəni ilk dəfə işə saldıqda gün ərzində çəkilən siqaretlərin orta sayı, onların qiyməti, həmçinin tütünçəkmədən imtina edilən tarix daxil edilir. Bundan sonra, proqram sizin tütünçəkmədən imtina müddətinizi, çəkmədiyiniz siqaretlərin sayını, qənaət etdiyiniz vaxtı və pulu göstərəcək.

“Tütündən imtina et” mobil əlavəsi 2018-ci ildə, ölkənin mövcud tütünlə mübarizə qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə yaradılıb.

Mobil əlavəni yükləmək və daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linklərə daxil ola bilərsiniz.

Android - LINK

iOSLINK

VideoLINK

 

 "Ürəyinizi qoruyun" mobil tətbiqinin köməyi ilə ürəyinizin sağlamlığını daim nəzarətdə saxlaya, ürək-damar xəstəliklərinin əsas risk faktorları, streslə mübarizə metodları və digər faydalı materiallarla tanış ola bilərsiniz.

Əlavədə  “Dərmanların vaxtında qəbulu üçün yaddaş”, “Qan təzyiqi və nəbzin ölçülməsi” bölmələri həkiminizin təyin etdiyi dərmanların vaxtında qəbulunu sizə xatırladacaq. Siz  sağlamlığınızla bağlı vacib göstəriciləri (arterial təzyiq və nəbz) dərhal qeyd edərək gün və ya həftə ərzində toplayıb mobil cihaz vasitəsilə həkiminizin elektron ünvanına cədvəl şəklində göndərə bilərsiniz.

“Ürəyinizi qoruyun” mobil əlavəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən yaradılıb.

Mobil əlavəni yükləmək və daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linklərə daxil ola bilərsiniz.

AndroidLINK

iOSLINK

VideoLINK 

 

"Şəkərli diabet" mobil tətbiqinin yaradılmasında əsas məqsəd şəkərli diabet xəstəliyinin profilaktikası, müalicəsi və qanda şəkərin səviyyəsinin nəzarətdə saxlanılmasına  dair əhalinin maarifləndirilməsidir.

Mobil əlavədə dərmanların vaxtında qəbulu üçün yaddaş bölməsi, çörək vahidləri kalkulyatoru, həmçinin şəkərli diabet ilə bağlı faydalı məlumatlar (diabetin növləri, riskləri, ağırlaşmaları, insulindən istifadə və s.) təqdim olunur.

Proqramdan həm şəkərli diabet xəstələri, həm də qida rasionuna və karbohidrat metabolizminə diqqət yetirən şəxslər istifadə edə bilərlər.

“Şəkərli diabet” mobil əlavəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən yaradılıb.

Mobil əlavəni yükləmək və daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linklərə daxil ola bilərsiniz.

Android - LINK

iOSLINK

VideoLINK

"No smoke selfie" mobil tətbiqi tütünlə mübarizənin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən yaradılıb.

Mobil əlavənin “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” adlı selfi generatorundan istifadə etməklə selfi fotoşəkillərinizi #mensiqaretcekmirem haştaqı ilə üzv olduğunuz sosial şəbəkələrdə paylaşa bilərsiniz.

Mobil əlavəni yükləmək və daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linklərə daxil ola bilərsiniz.

AndroidLINK