Haqqımızda | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

HAQQIMIZDA

Struktura bax 

Son illər Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində müşahidə olunan uğurlu inkişaf həyatımızın hər bir sahəsini əhatə edir. Bu inkişaf əhalinin sağlamlığının qorunması kimi vacib bir sahədən - səhiyyədən də yan keçməyib. Səhiyyəyə diqqət və qayğının artırılması Azərbaycanın səhiyyə sistemini dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən bir sahəyə çevirməkdədir. Səhiyyədə bir çox istiqamətlər üzrə islahatlar aparılır, səhiyyə infrastrukturunun təkmilləşdirilməsinə irihəcmli investisiyalar qoyulur, genişmiqyaslı işlər görülür. İslahatların səmərəliliyinin artırılması və ümumiyyətlə ictimai səhiyyənin müvəffəqiyyətli təşkili üçün mükəmməl elmi-nəzəri bazanın mövcud olması zəruri şərtlərdən biridir. Buna görə də 2006-cı ilin sentyabrında Azərbaycan Respublikasının səhiyyə nazirinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin yaradılması barədə qərarı səhiyyə sistemində islahatların aparılmasında irəliyə doğru atılmış bir addım oldu.

İctimai səhiyyə dedikdə, profilaktik, klinik xidmətlər, tibb müəssisələrinin xidmətlərinə nəzarətlə yanaşı, milli səhiyyə sisteminin fəaliyyətinə aid olan - sağlamlığa birbaşa və ya dolayı yollarla təsir edən amillərə nəzarət, ətraf mühitin mühafizəsi məsələləri, sağlam həyat tərzinin təbliği və dəstəklənməsi, sağlamlıqla bağlı problemlərin aradan qaldırılması üçün strategiyaların, səhiyyə proqramlarının hazırlanması, əhalinin tibbi xidmətlərlə təminatında sosial bərabərliyin təmin edilməsi, səhiyyə siyasəti, iqtisadiyyatı və s. kimi daha geniş aspektləri əhatə edən mütəşəkkil fəaliyyətlər nəzərdə tutulur. “İctimai səhiyyə insanların sağlam olması üçün tələb olunan şəraitin təmin edilməsi işində yerli, dövlət, milli və beynəlxalq resursların səfərbər edilməsi və əlaqələndirilməsi deməkdir” (Detels & Breslow, 2002).

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əsasnaməsi də məhz bu konsepsiyanın başlıca məqamlarını özündə əks etdirir. Beləliklə, İSİM ictimai səhiyyə xidmətlərinin təşkili, səhiyyə proqramlarının işlənib hazırlanması və tətbiqi sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsini, islahatların tibb müəssisələrində tənzimlənməsini, eləcə də səhiyyənin maliyyələşdirilməsi sahəsində islahatların aparılmasının metodik əsaslandırılmasını həyata keçirir. Eyni zamanda İSİM Azərbaycanda əhalinin sağlamlığının qorunması üzrə islahatların elmi əsaslandırılması, səhiyyə qanunvericiliyinin müasir tələblərə və aparılan islahatlara uyğunlaşdırılması, tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ilkin səhiyyə sahəsində islahatların aparılması və müasir texnologiyaların səhiyyədə tətbiqi üzrə təklifləri hazırlayır.

İSİM-in strukturu da məhz bu məqsədlərə nail olunması nəzərə alınmaqla təşkil edilmişdir.
İSİM-də aşağıdakı şöbələr fəaliyyət göstərir:

  • Səhiyyə siyasəti və planlaşdırma şöbəsi
  • Səhiyyə kommunikasiyası şöbəsi
  • Tibbi keyfiyyət standartları şöbəsi
  • Layihələrin əlaqələndirilməsi şöbəsi
  • Təlim-resurs şöbəsi
  • İctimai sağlamlıq şöbəsi
  • İlkin səhiyyə və ailə təbabəti şöbəsi
  • Statistika, monitorinq və təhlil şöbəsi 
  • Səhiyyə texnologiyaları və teletəbabəti şöbəsi
  • Akkreditasiya şöbəsi
  • Sertifikasiya   şöbəsi
  • Elektron standartlar (Nəşriyyat)

İSİM öz kadr ehtiyatları ilə unikal bir səhiyyə təşkilatıdır. Mərkəzdə tibb işçiləri ilə yanaşı digər ixtisaslı mütəxəssislərin, o cümlədən hüquqşünas, iqtisadçı, memar, ekoloq, mühəndis, psixoloq, səhiyyə kommunikatoru, sosioloq və jurnalistlərin də fəaliyyət göstərməsi ictimai səhiyyə anlayışına müasir yanaşma ilə səsləşir. Belə çoxixtisaslı heyətin yaradılması, şübhəsiz, ictimai səhiyyə sahəsində layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır.

İSİM cəmi bir neçə ildir ki, fəaliyyət göstərdiyi üçün onun institusional inkişafı və əməkdaşlarının peşəkar təkmilləşdirilməsinə böyük diqqət yetirilir. Burada ictimai səhiyyə, tibb müəssisələrinin idarə edilməsi, səhiyyə iqtisadiyyatı, sübutlu təbabət, epidemiologiya və biostatistika, səhiyyə kommunikasiyası və s. mövzularda yerli və beynəlxalq aparıcı mütəxəssislərin iştirakı ilə daim təlimlər keçirilir. Dünya Bankı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Ümumdünya Səhiyyə Təşkilatı, UNISEF, Qlobal Fond və digər beynəlxalq təşkilatlar tərəfindən səhiyyə sahəsində həyata keçirilən layihələrdə İSİM-in iştirakı da onun əməkdaşlarının təcrübələrinin artmasına kömək edir.