HAQVERDİYEV <br>Qəhrəman Oktay oğlu

HAQVERDİYEV Qəhrəman Oktay oğlu

Direktor

Haqverdiyev Qəhrəman Oktay oğlu

1978-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsinə daxil olmuş, 1984-cü ildə həmin institutu bitirmişdir.

1985-1989-ci illərdə Xudat xəstəxanası Tibbi yardım stansiyasında həkim işləmişdir.

Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Urologiya kafedrasında assistent (1989-1993),  “Eskulap” MMC-də direktor vəzifəsində (1991-1993) çalışmışdır.

1993-1996-ci illərdə Respublika Klinik Urologiya Xəstəxanasında Radioizotop laboratoriyasının müdiri olmuşdur.

1996-2004-ci illərdə UMCOR beynəlxalq qeyri-hökumət təşkilatında və “CHF İnternational” beynəlxalq qeyri-hökumət təşkilatlarında Monitorinq və təhlil departamentin müdiri, 2004-2011-ci illərdə isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyasında monitorinq və təhlil üzrə ekspert olmuşdur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində 2012-ci ildə fəaliyyətə başlamış, monitorinq və təhlil üzrə ekspert (2011-2014),  Monitorinq və təhlil şöbəsinin müdiri (2014-2018) olmuşdur.

2018-ci ilin iyun ayında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə direktor təyin edilmişdir.