İSİM-in nümayəndəsi “QİX-ə dair 10-cu Beynəlxalq Seminar”da iştirak etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

20 İYUN 2016

İSİM-in nümayəndəsi “QİX-ə dair 10-cu Beynəlxalq Seminar”da iştirak etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Isveçrənin Luzanna Universitetinin təşkilatçılığı ilə Luvanna şəhərində 6-10 iyun tarixlərində "Qeyri-infeksion Xəstəliklərə (QİX) dair 10-cu Beynəlxalq Seminar" keçirildi.

Seminarda Azərbaycanı, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə Siyasəti və Islahatlar Şöbəsinin müdir müavini Nabil Seyidov təmsil etdi. Seminarda Azərbaycanla yanaşı Rusiya Federasiyası, Qırğızıs Respublikası, Tacikistan, Nepal, Monqoliya, İran İslam Respublikası, İsveçrə, Şri-Lanka və digər ölkələrdən olan nümayəndələr də iştirak etdi.

Seminarda, təmsil olunan ölkələrdə QİX-lə mübarizə ilə bağlı əldə edilmiş nəticələr, ürək-damar xəstəlikləri, insult, arterial təzyiq, xərçəng xəstəlikləri, şəkərli diabet, ağciyər xəstəlikləri və digər qeyri-infeksion xəstəliklərə dair vəziyyət müzakirə edildi. Ayrıca ÜST-nin, xüsusilə də, Cenevrədə keçirilmiş Dünya Səhiyyə Assambleyasının tövsiyələrinin yerinə yetirilməsi məsələləri, araşdırıldı. Hər bir iştirakçı ölkədə tütünçəkmə və spirtli içkilərin istifadəsinin azaldılması və kontrolunda uğurlu təcrübələri öyrənilmiş və onların digər ölkələrdə tətbiqi imkanları araşdırıldı və  ÜST-nin QİX-lə mübarizənin vəziyyətinə dair Qlobal Hesabatı (2015) hər bir ölkə üzrə müzakirə edildi, zəif və güclü tərəfləri təhlil olundu. 

Seminarda gələcəyə dair əsas hədəflər təyin olundu. Qeyd edildi ki, 2018-ci ildə QİX-lə mübarizəyə həsr edilmiş BMT-nin Yüksək Səviyyəli İclası keçiriləcək, orada hər bir ölkənin QİX-lə mübarizədə əldə etdiyi nailiyyətlər və ya çətinliklər müzakirə ediləcəkdir. Həmçinin 2025-ci il üçün təyin edilmiş 9 könüllü hədəfin yerinə yetirilməsi vəziyyəti qiymətləndiriləcəkdir. 2017-ci ildə isə hər bir ölkə QİX-lə mübarizəyə dair ÜST-nin Baş direktoruna hesabat təqdim edəcək, bu hesabatın ümumiləşdirilmiş  forması 2017-ci ilin sonunadək BMT-nin Baş Assambleyasına təqdim ediləcəkdir.