İSİM-də Əməkdaşlıq Sazişi imzalandı | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

22 İYUN 2016

İSİM-də Əməkdaşlıq Sazişi imzalandı

22 iyun 2016-cı il tarixdə İSİM-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) arasında Əməkdaşlıq Sazişi imzalandı. Hər iki qurumun rəhbərliyinin imza atdığı Sazişin məqsədi 5 il müddətinə ölkə əhalisinin tibbi maarifləndirilməsi və sağlam həyat tərzinin təbliği istiqamətində qarşılıqlı əməkdaşlıq cəhdlərini dəstəkləmək və bu əməkdaşlığı inkişaf etdirməkdir.

Saziş çərçivəsində gənclər arasında erkən nikahların və zərərli vərdişlərin insan orqanizminə mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin qarşısının alınması və risk amillərinin aradan qaldırılması, sağlam həyat tərzi və sağlam qidalanma və s. kimi mövzularda tibbi maarifləndirmə tədbirləri (mühazirələr, təlimlər, dəyirmi masalar və s.) təşkil olunacaq. Bütün bu tədbirlər Bilik Fondu tərəfindən yaradılmış bilik evlərində, şəhər və rayon təhsil müəssisələrində, digər idarə və təşkilatlarda həyata keçiriləcək və media vasitəsilə  əhaliyə çatdırılacaq.

İSİM-in əhalinin müxtəlif təbəqələri arasında daimi olaraq maarifləndirmə apardığını bildirən direktor Ceyhun Məmmədov, bu işi çox vacib saydığını və iki qurum arasında yaradılan əməkdaşlıqdan məmnun olduğunu, Saziş nəticəsində həyata keçiriləcək maarifləndirmə işinin daha da səmərəli olacağına əminliyini vurğuladı. 

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov iki tərəfli əməkdaşlığın təməlinin qoyulmasına görə İSİM-in rəhbərliyinə təşəkkür etdi, bu işbirliyi nəticəsində  əhalinin tibbi maarifləndirilməsində olan boşluqları aradan qaldırmağa nail olunacağına ümidvar olduğunu bildirdi.