İSİM-in təşkilatçılığı ilə Abşeron rayonunda qanvermə aksiyası keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

20 NOYABR 2015

İSİM-in təşkilatçılığı ilə Abşeron rayonunda qanvermə aksiyası keçirildi

2015-ci il noyabrın 19-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Abşeron rayon Uşaq Poliklinikasında qanvermə aksiyası keçirildi. Aksiyanın əsas məqsədi irsi qan xəstəliklərindən, o cümlədən talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara dəstək olmaq və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair tədbirlərin həyata keçirilməsi (3.2.1.3.7.) bəndi əsas götürülərək keçirilən qanvermə aksiyası əhalinin böyük marağına səbəb oldu.

Aksiya zamanı toplanan qan talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanların müalicəsinə sərf edilməsi məqsədilə Mərkəzi Qan Bankına təqdim ediləcək.