İmmunoprofilaktika pasportlarının yeni sistemi istifadəyə veriləcək | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

23 APREL 2015

İmmunoprofilaktika pasportlarının yeni sistemi istifadəyə veriləcək

“Valideynlər uşaqlara peyvəndin vurulması barədə “Elektron Sağlamlıq Kartı”nda əks olunan məlumatları “Uşağın İmmunizasiya Pasportu” vasitəsilə asanlıqla əldə edə biləcək.”

2015-ci il aprelin 23-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) İmmunoprofilaktika pasportlarının yeni sisteminin istifadəsinə dair təlim keçirildi. Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin (SİM) təşkilatçılığı ilə Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyansın (VİQA) Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi layihəsi çərçivəsində keçirilən təlimin məqsədi və vəzifələri barədə layihənin həyata keçirilməsi üzrə icra qrupun üzvü Lütfi Qafarov məlumat verdi: “Layihənin ikinci məqsədinin vəzifəsi Ana və uşaq sağlamlığı xidmətlərinin daha keyfiyyətli monitorinqi üçün səhiyyə məlumat sisteminin gücləndirilməsidir. İmmunoprofilaktika pasportlarının yeni sisteminin istifadəyə verilməsində məqsəd uşaqlara vurulan peyvəndlərlə bağlı məlumatların mərkəzləşdirilmiş formada daxil edilməsidir.”

“2011-ci ildə Azərbaycanda aparılmış Demoqrafiya və Sağlamlıq Sorğusunun nəticələrindən aydın oldu ki, uşaqlara peyvəndlərin vurulma tarixi və s. ilə bağlı valideynlərin məlumatı azdır. Layihə çərçivəsində uşaqlar arasında vaksinləmənin monitorinqi sisteminin gücləndirilməsi və valideynlərin uşağın immunizasiyası ilə bağlı vaxtında xəbərdar edilməsi məqsədi ilə SİM tərəfindən xüsusi elektron proqram təminatı hazırlanıb. Sözügedən proqram təminatı vasitəsi ilə uşağın immunizasiyasına dair zəruri məlumatlar “Elektron Sağlamlıq Kartı”ndan əldə edilərək “Uşağın İmmunizasiya Pasportu” formasında çap edilib. İSİM tərəfindən isə həmin pasportlar üçün xüsusi qovluqlar işlənib hazırlanıb. Özündə uşaqlar arasında peyvəndə dair maarifləndirici məlumatları əks etdirən həmin qovluqlar tibb müəssisəsində “Uşağın İmmunizasiya Pasportu” ilə birlikdə uşaqların valideynlərinə təqdim olunacaq. Yeni sistem valideynlərə uşaqlara peyvəndin vurulması barədə “Elektron Sağlamlıq Kartı”nda əks olunan məlumatları asanlıqla əldə etməyə imkan yaradacaq” deyə L.Qafarov əlavə etdi.

Müzakirələrdə uşaq poliklinikalarında peyvəndlə bağlı məlumatın daxil edilməsi zamanı rast gəlinən çətinliklərdən söhbət açıldı. Problemin həlli məqsədilə təklif və tövsiyələr dinlənildi.

Avropa İmmunlaşdırma Həftəsi çərçivəsində keçirilən təlimdə ilkin səhiyyə müəssisələrinin, statistika xidmətlərinin kompüter operatorları və statistikləri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri iştirak etdilər. İştirakçılar İmmunoprofilaktika pasportlarının yeni sisteminin istifadəsinə dair təlimatlandırıldılar.

Avropa İmmunlaşdırma Həftəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun təşəbbüsü ilə hər il keçirilir. 2007-ci ildən etibarən Azərbaycan da Avropa İmmunlaşdırma Həftəsində iştirak edir. 2015-ci il aprelin 20-25-də Avropa İmmunlaşdırma Həftəsinin 10 illik yubileyi qeyd edilir.