“İİV/QİÇS-li xəstələrdə opportunistik infeksiyaların profilaktika, diaqnostika və müalicəsi üzrə klinik protokol” müvafiq tibbi müəssisələrinə paylanacaq. | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

30 APREL 2015

“İİV/QİÇS-li xəstələrdə opportunistik infeksiyaların profilaktika, diaqnostika və müalicəsi üzrə klinik protokol” müvafiq tibbi müəssisələrinə paylanacaq.

İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti klinik protokol işıq üzü gördü. Səhiyyə Nazirliyi kollegiyasının 17 mart 2015-ci il qərarı ilə təsdiq olunmuş “İİV/QİÇS-li xəstələrdə opportunistik infeksiyaların profilaktika, diaqnostika və müalicəsi üzrə klinik protokol” qabaqcıl mütəxəssislər tərəfindən tərtib olunub və tibb müəssisələrində İİV/QİÇS-li xəstələrinə yardım göstərən həkimlərin istifadəsi üçün nəzərdə tutulmuşdur. Klinik protokolun hədəf qrupu İİV/QİÇS-li xəstələrdir.

Klinik protokol İİV/QİÇS-li xəstələrdə opportunistik infeksiyaların diaqnostika, müalicə və profilaktikasının təkmilləşdirməsi məqsədi ilə hazırlanmışdır. Sənəd diaqnostika və müalicə sahəsində sübutlu təbabətə əsaslanan müasir praktiki metodları təklif edir. Klinik protokolda İİV/QİÇS-li xəstələrdə erkən diaqnostikanın keyfiyyətinin artırılması, xəstələrin həyat keyfiyyətinin və sosial adaptasiyasının yaxşılaşdırılması məsələlərinə toxunulur.

“İİV/QİÇS-li xəstələrdə opportunistik infeksiyaların profilaktika, diaqnostika və müalicəsi üzrə klinik protokol” müəyyən tibbi müdaxilələrin effektivliyi üzrə ən etibarlı elmi məlumatlara əsaslanaraq tərtib olunmuşdur. Protokolun tərtib edilməsi zamanı işçi qrup ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (Centers for Disease Control and Prevention, CDC), İngiltərə Milli Sağlamlıq və Tibbi Yardım Keyfiyyəti İnstitutu (National Institute for Health and Clinical Excellence, NICE), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kimi mənbələrin apardığı tədqiqatların nəticələrindən istifadə etmişdir.

Hal-hazırda “İİV/QİÇS-li xəstələrdə opportunistik infeksiyaların profilaktika, diaqnostika və müalicəsi üzrə klinik protokol”un İSİM tərəfindən aidiyyəti tibb müəssisələrinə paylanmasına başlanılıb.