• 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirildilər
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

7 APREL 2015

“7 aprel – Ümumdünya Sağlamlıq Günü” ilə bağlı maarifləndirmə aksiyası keçirildi (FOTO)

Hər il aprelin 7-si Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Həmin günün keçirilməsi dünya ictimaiyyətinin diqqətini qlobal miqyasda sağlamlığa aid vacib əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün imkan yaradır. Bu ilin mövzusu qida və ərzaq məhsullarının təhlükəsizliyi ilə əlaqəlidir.

ÜST-nin məlumatlarına görə, hər gün minlərlə insan qarşısı alına bilinən qida mənşəli xəstəliklərdən dünyasını dəyişir. Qida məhsullarından düzgün istifadə qida mənşəli xəstəliklərin profilaktikasının əsas elementidir. Qida məhsulları hazırlanma prosesinin istənilən mərhələsində təhlükəli mikroorqanizmlərlə çirklənə bilər. Bir çox qida mənşəli xəstəliklərin qarşısını sadə gigiyena qaydalarına riayət etməklə almaq olar. ÜST qlobal sağlamlıq mesajlarının yerli şəraitə uyğunlaşdırılması sahəsində fəal iş aparır və bu işi dəstəkləyir.

Təhlükəsiz qidalanmanı təmin etmək məqsədilə ÜST tərəfindən qaydalar tərtib olunub. Qida mənşəli xəstəliklərin profilaktikası üçün təmizliyə riayət olunması, xammal ərzağının bişirilmiş qidalardan ayrılması, mikroorqanizmləri məhv etmək üçün yeməyin yaxşıca bişirilməsi, ərzağın təhlükəsizliyi tam təmin edən temperaturda saxlanılması, təhlükəsiz su və xammaldan istifadə edilməsi vacibdir. Bu qaydaların geniş ictimayyətə çatdırılması və tətbiq olunması üçün müxtəlif maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əməkdaş təşkilatlarla birgə hər il Ümumdünya Sağlamlıq Günü ilə bağlı tədbir və aksiyalar keçirir. Həmçinin mövzu ilə bağlı maarifləndirmə materialları hazırlanır. Bu il İSİM tərəfindən “Təhlükəsiz qidalanmanın 5 açarı” adlı videoçarx Azərbaycan dilinə tərcümə olunub. 7 aprel 2015-ci ilin Ümumdünya Sağlamlıq Gününə həsr edilmiş videoçarxın Azərbaycan dilinə tərcümə edilmiş variantı ÜST-nin saytında yerləşdirilib. Bundan əlavə, təhlükəsiz qidalanma ilə bağlı buklet, vərəqə hazırlanıb, aidiyyəti üzrə paylanılma prosesinə başlanılıb.

Tədbirlərin davamı kimi, 2015-ci il aprelin 7-də ÜST, İSİM və Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən ilk növbədə “Park Bulvar” AVM-də maarifləndirmə aksiyası keçirildi. Aksiyada İSİM tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş “Təhlükəsiz qidalanmanın 5 açarı” adlı videoçarx nümayiş etdirildi və çap materialları paylanıldı. Aksiya zamanı əhaliyə təhlükəsiz qidalanmanın insan sağlamlığı üçün vacibliyi barədə məlumatlar da verildi.

Ümumiyyətlə, aprel ayı ərzində hər üç təşkilatın birgə səyi nəticəsində Bakının böyük ticarət mərkəzlərində maarifləndirmə aksiyaları keçiriləcək, ərzaq marketlərində isə əhaliyə alınan ərzaqla birgə maarifləndirmə materialları təqdim olunacaq.

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.