• Şagirdlər üçün “Tütün məmulatlarının insan orqanizminə zərəri” mövzusunda maarifləndirici tədbir keçirildi
  • 11th European Public Health Conference, Ljubljana, Slovenia
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • Pedaqoji Kollecin tələbələrinə “Müəllim-şagird davranışlarında psixoloji məqamlar” mövzusunda mühazirə oxundu
  • Oğuzda 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş dəyirmi masa təşkil edildi
  • İSİM Hindistanda “V Beynəlxalq ictimai səhiyyənin idarə edilməsinin inkişafı proqramı”nda təmsil olundu
  • Məktəblilər arasında dispanserizasiya müayinələri aparılır
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

29 DEKABR 2014

Reproduktiv sağlamlıqla bağlı xüsusi tədris və maarifləndirmə proqramı çərçivəsində tam orta məktəblərin müəllimləri üçün təlimlər keçirilmişdir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Təhsil Nazirliyi və “Ümidli Gələcək” Gənclər Təşkilatının birgə həyata keçirdiyi reproduktiv sağlamlıqla bağlı xüsusi tədris və maarifləndirmə proqramı çərçivəsində 2014-cü il dekabrın 27-28-də Bakı və Sumqayıt şəhərlərində biologiya müəllimləri üçün iki günlük təlim kursları keçirilmişdir. Təlimlər Bakıda Akademik Zərifə Əliyeva adına liseydə və Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəbdə təşkil edilmiş və reproduktiv sağlamlıq, uşaq və yeniyetmələrin sanitar-gigiyenik maarifləndirmə, ailə planlaşdırılması, sağlam ailənin əsasları, habelə valideynlik bacarıqları, həmyaşıdlarla sağlam ünsiyyətin qurulması, məişət zorakılığı və s. mövzuları əhatə etmişdir.

Bakı üzrə 20, Sumqayıt üzrə isə 26 müəllim təlim kurslarını müvəffəqiyyətlə bitirmiş və xüsusi sertifikatlarla təltif edilmişdir.

Layihənin ikinci mərhələsində iki günlük təlimlər həmçinin Gəncə, Mingəçevir, Lənkəran və Şəki şəhərlərində biologiya və həyat bilgisi fənləri üzrə tədris aparan müəllimləri üçün təşkil ediləcəkdir.

Bununla yanaşı təlimdən keçmiş müəllimlər tərəfindən həmin altı şəhərin tam orta məktəblərinin şagirdləri üçün nümunəvi dərslərin təşkili də planlaşdırılır.