Reproduktiv sağlamlıqla bağlı xüsusi tədris və maarifləndirmə proqramı çərçivəsində tam orta məktəblərin müəllimləri üçün təlimlər keçirilmişdir | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

29 DECEMBER 2014

Reproduktiv sağlamlıqla bağlı xüsusi tədris və maarifləndirmə proqramı çərçivəsində tam orta məktəblərin müəllimləri üçün təlimlər keçirilmişdir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Təhsil Nazirliyi və “Ümidli Gələcək” Gənclər Təşkilatının birgə həyata keçirdiyi reproduktiv sağlamlıqla bağlı xüsusi tədris və maarifləndirmə proqramı çərçivəsində 2014-cü il dekabrın 27-28-də Bakı və Sumqayıt şəhərlərində biologiya müəllimləri üçün iki günlük təlim kursları keçirilmişdir. Təlimlər Bakıda Akademik Zərifə Əliyeva adına liseydə və Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəbdə təşkil edilmiş və reproduktiv sağlamlıq, uşaq və yeniyetmələrin sanitar-gigiyenik maarifləndirmə, ailə planlaşdırılması, sağlam ailənin əsasları, habelə valideynlik bacarıqları, həmyaşıdlarla sağlam ünsiyyətin qurulması, məişət zorakılığı və s. mövzuları əhatə etmişdir.

Bakı üzrə 20, Sumqayıt üzrə isə 26 müəllim təlim kurslarını müvəffəqiyyətlə bitirmiş və xüsusi sertifikatlarla təltif edilmişdir.

Layihənin ikinci mərhələsində iki günlük təlimlər həmçinin Gəncə, Mingəçevir, Lənkəran və Şəki şəhərlərində biologiya və həyat bilgisi fənnləri üzrə tədris aparan müəllimləri üçün təşkil ediləcəkdir.

Bununla yanaşı təlimdən keçmiş müəllimlər tərəfindən həmin altı şəhərin tam orta məktəblərinin şagirdləri üçün nümunəvi dərslərin təşkili də planlaşdırılır.