Online library | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

Online library

İlk yardıma dair vəsait

“İlk yardım” adlı vəsait orta ixtisaslı tibb və qeyri-tibb təhsil müəssisələrinin müəllimləri və əhaliyə ilk yardım göstərilməsini tədris edən digər mütəxəssislər üçün nəzərdə tutulub.

Müəllimlər üçün hazırlanmış bu vəsait təcili yardım stansiyasının tibb heyəti, sahə və ailə həkimləri, xilasetmə əməliyyatlarında iştirak edənlər və müvafiq sahə üzrə ümumi bilik səviyyəsini artırmaq istəyənlər üçün faydalı ola bilər. İlk yardım (müəllimlər üçün vəsait) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 05 aprel 2017-ci il tarixli 14 saylı qərarı ilə təsdiq edilmişdir.

Müəlliflər: Malik Abbasov, Şamil Quliyev, Mehti Abbasov, Kamandar Süleymanov, Dilarə Məmmədəliyeva, Rafael Soltanov və Xeyransa Adilova.

>> Yüklə

Əlil və sağlamlıq imkanları məhdud olan uşaqların aşkarlanması üzrə metodik vəsait

Bu metodik vəsait Azərbaycan Respublikası Prezidentinin “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında”     27 dekabr 2011-ci il tarixli 1938 nömrəli Sərəncamının icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının 2.8-ci bəndinə uyğun olaraq İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış və çap edilmişdir.

Tərtibatçılar: C.Məmmədov, t.f.d., Ş.İsmayılova, İ.Əlizadə, L.Orucova, S.Qaziyeva, X.Eyvazova,

F.Abdullazadə

>> Yüklə

 

Boy hormonu çatışmazlığının diaqnostika və müalicəsi üzrə metodik vəsait

“Boy hormonu çatışmazlığının diaqnostika və müalicəsi üzrə metodik təlimat”ın layihəsi Azərbaycan Respublikası Prezidentinin 10 may 2018-ci il tarixli 64 nömrəli Sərəncamının icrası ilə bağlı “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın 5.5.1 bəndinə uyğun olaraq İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmışdır.

 Tərtibatçılar:  G.Əhmədov, t.f.d., A.Əkbərzadə, N.Ağayeva, İ.Novruzov, S.Ağayeva, Ş.İsmayılova.

>> Yüklə

Məktəblilərin sağlam qidalanmasına dair metodik tövsiyələr

Məktəblilərin sağlam qidalanmasına dair metodik tövsiyələr" "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı"nın müvafiq bəndlərinə uyğun olaraq Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən tərtib və çap edilmişdir. Metodik tövsiyələr Təhsil Nazirliyi ilə əməkdaşlıqda "Sağlam Təhsil Sağlam Millət" layihəsi çərçivəsində hazırlanmışdır.

Tərtibatçılar: H.Qabulov, t.e.d., Ş.Balayeva, t.f.d., Z.İsmayılova, t.f.d., Ş.İsmayılova

>> Yüklə

Həzm sistemi xəstəlikləri olan uşaqların dispanser nəzarəti üzrə metodik vəsait

“Həzm sistemi xəstəlikləri olan uşaqların dispanser nəzarəti üzrə metodik vəsait” “Uşaqların icabri dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramının həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın 3.1-ci bəndinə uyğun olaraq Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış və çap olunmuşdur.

Tərtibatçılarİ.Abasova, t.f.d., S.V əliyeva, t.f.d.  A.Mirzoyeva

>> Yüklə

1, 2