1979-1986-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin sənaye və mülki tikinti fakültəsində təhsil almış, 1982-1984-cü illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuş, 1996-1999-cu illərdə Təfəkkür Universitetinin hüquq fakültəsində təhsil almış, 2004-2006-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi Hüquq İnstitutunun aspirantı olmuş, fəlsəfə doktorudur. 1979-1988-ci illərdə Bakı Baş Tikinti İdarəsinin Tədris Kurs Kombinatında təlim ustası, direktor müavini, 1988-1990-cı illərdə Binəqədi rayon MKTB-nin Təmir-Tikinti İdarəsinin rəisi işləmiş, 1990-1997-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarədə hərbi xidmətdə olmuş, müharibə veteranıdır. 1997-2001-ci illərdə Dövlət Əmlak Komitəsində aparıcı mütəxəssis, şöbə rəisi, idarə rəisi, 2001-2006-cı illərdə Ekologiya Nazirliyində Fövqəladə Hallar Mərkəzinin direktoru, 2006-2008-ci illərdə Fəlsəfə və Siyasi Hüquq İnstitutunun baş elmi işçisi, şöbə rəisi, 2008-2010-cu illərdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Tibb müəssisələrinin tikinti, təminat və dizaynı üzrə məsləhət şöbəsinin müdiri işləmiş, 2010-cu ildən hal-hazıradək İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təsərrüfat işləri üzrə direktor müavinidir.