Əhaliyə yüksək səviyyədə ixtisaslaşdırılmış tibbi yardım göstərmək;
Uşaqların və yeniyetmələrin inkişafı və səhhətinə dinamik nəzarət etmək və müalicə-sağlamlıq tədbirlərini həyata keçirmək;
Qəbul olunmuş qaydada epidemiya əleyhinə tədbirlər və immunoprofilaktika işi aparmaq;
Əhalinin sanitar-gigiyenik tərbiyəsi, sağlam həyat tərzinə yiyələnməsi, o cümlədən səmərəli qidalanması, hərəkət aktivliyinin artırılması istiqamətinə yönəldilmiş fəal iş görmək;
Tütünçəkmə və başqa zərərli vərdişlərlə mübarizə məqsədi ilə tədbirlər təşkil etmək və həyata keçirmək;
Həkimlərin və orta tibb heyətinin təcrübəsini artırmaq üçün tədbirlər görmək (növbə ilə onların xəstəxanalara, seminarlara, təkmilləşdirmə kurslarına göndərilməsini təşkil etmək);
Sanitar-gigiyenik və əks-epidemik qaydaların tələb və normalarına riayət etmək.