Sumqayıtda “Uşaqların icbari dispanserizasiyası çərçivəsində ən çox yayılmış uşaq xəstəliklərinin profilaktikası, erkən aşkarlanması və diaqnostikası” mövzusunda pilot təlim kursu keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

26 DEKABR 2014

Sumqayıtda “Uşaqların icbari dispanserizasiyası çərçivəsində ən çox yayılmış uşaq xəstəliklərinin profilaktikası, erkən aşkarlanması və diaqnostikası” mövzusunda pilot təlim kursu keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmri ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramının həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı"nın 4.1-ci bəndinə əsasən uşaqların dispanserizasiyasını həyata keçirən ilkin səhiyyə işçiləri üçün xəstəliklərin erkən aşkarlanması və müalicəsi üzrə keyfiyyət standartları və klinik protokollar əsasında təlimlərin keçirilməsi nəzərdə tutulub.

Bu məqsədlə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən icra edilən pilot layihə çərçivəsində İSİM, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun nümayəndələrindən ibarət təlimçilər qrupu yaradılıb və uşaqların icbari dispanserizasiyasının təşkili məsələlərini, habelə dispanserizasiya çərçivəsində ən çox yayılmış uşaq xəstəliklərinin profiaktikası, erkən aşkarlanması və diaqnostikasını əhatə edən iki günlük təlim kursunun gündəliyi və təqdimatlar hazırlanıb.

Layihə çərçivəsində ilk pilot təlim 2014-cü il dekabrın 24-25-də Sumqayıtda fəaliyyət göstərən Uşaq Xəstəxanası və beş uşaq poliklinikasının 24 pediatrı üçün keçirildi.

Pilot təlimin nəticələri əsasında layihənin ikinci mərhələsində Bakı, Gəncə və Mingəçevirdə hər birində 25 nəfər olmaqla, iki günlük təlimlərin təşkili planlaşdırılıb.