ÜST Azərbaycanda risk kommunikasiyası və icmalarla iş – infodemiyanın idarə olunması üzrə təlim keçirib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

28 İYUN 2024

ÜST Azərbaycanda risk kommunikasiyası və icmalarla iş – infodemiyanın idarə olunması üzrə təlim keçirib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ölkə Ofisi və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə 27-28 iyun 2024-cü ildə “Risk kommunikasiyası və icmalarla iş – infodemiyanın idarə olunması üzrə planın hazırlanması” mövzusunda təlim baş tutub.
 
Yaşıl dünya naminə həmrəylik ilində təşkil olunan təlim ÜST-nin Avropa üzrə Regional Ofisinin səhiyyədə fövqəladə hallar proqramının risk kommunikasiyası və icmalarla iş bölməsi tərəfindən həyata keçirilib.
 
Təlimin məqsədi Azərbaycanın səhiyyə orqanlarının, onların hökumət üzrə tərəfdaşlarının, beynəlxalq təşkilatlar və QHT-lərin risk kommunikasiyası və icmalarla iş üzrə potensialını daha da gücləndirmək, səhiyyə ilə bağlı fövqəladə hallara cavab vermək olub.
İkigünlük təlim zamanı risk kommunikasiyası və icmalarla iş üzrə planların işlənib hazırlanması, bu istiqamətdə hərtərəfli və vahid yanaşmanı təmin etmək üçün səhiyyə sektoru ilə digər müvafiq dövlət qurumları, qeyri-hökumət təşkilatları və icma üzvləri arasında əlaqələrin qurulması və əməkdaşlığın gücləndirilməsi üzrə təcrübələr qazanılıb.
 
Qeyd edək ki, təlimdə yerli dövlət və səhiyyə qurumları, beynəlxalq təşkilatlar, QHT-lər və BMT agentliklərindən risk kommunikasiyası və icmalarla iş üzrə məsul şəxslər iştirak ediblər.
Yekunda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.