26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan maarifləndirici tədbir keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • “Uşaqların psixi sağlamlığının möhkəmləndirilməsi” mövzusunda təlim keçirilib
  • “Narkomaniyaya yox deyək!” mövzusunda hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu
  • 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş maarifləndirici aksiya oldu

XƏBƏRLƏR bütün xəbərlər

25 İYUN 2024

26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan maarifləndirici tədbir keçirilib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşlığı ilə Lənkəran şəhərində 26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan maarifləndirici tədbir keçirilib.
 
Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta məktəbdə keçirilən tədbiri giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva açaraq gənclər arasında maarifləndirilmənin əhəmiyyətini vurğulayıb.
 
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva “Narkomaniyaya yox deyək!” adlı təqdimatla çıxış edərək, zərərli vərdişlərin fəsadlarından və insan sağlamlığına göstərdiyi mənfi təsirlər barədə geniş məlumat verib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Rafiq Mahmudov çıxış edərək, cəmiyyətin gənclər ilə daha sıx əməkdaşlıq münasibətlərinin yaradılmasına ehtiyac olduğunu bildirib.
 
Tədbirin sonunda “Azərbaycan ailəsi” film festivalına təqdim edilən “Əlvida mənim dostum” və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan “Narkotiksiz həyat seç!” sosial çarxları nümayiş olunub və mövzuya aid maarifləndirici materiallar paylanılıb.