Məktəblərdə “Sağlam həyat tərzi. Sağlam qidalanma” mövzusunda təlimlər keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

12 İYUN 2024

Məktəblərdə “Sağlam həyat tərzi. Sağlam qidalanma” mövzusunda təlimlər keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən respublika üzrə müxtəlif təhsil müəssisələrində sağlam həyat tərzi və sağlam qidalanma üzrə maarifləndirici təlimlər təşkil olunub. Abşeron rayon Mehdiabad qəsəbəsi 3 nömrəli, Şəmkir rayon Yeni Həyat kənd və Gəncə şəhər 41 saylı tam orta məktəblərində müəllimlər arasında  keçirilən təlimin məqsədi təhsil işçilərinin qeyri-infeksion xəstəliklərin əsas risk amilləri, zərərli vərdişlərin mənfi təsirləri barədə məlumatlılığının artırılması olub.

İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva zərərli vərdişlərin, qeyri-sağlam qidalanmanın sağlamlığa, inkişafa, fəaliyyətə, yaradıcılığa mənfi təsirlərini vurğulayıb.

İştirakçılara müəllimlər, şagirdlər və valideynlər üçün İSİM tərəfindən hazırlanaraq istifadəyə verilən “Sağlam uşaq” portalı və mobil tətbiqi geniş təqdim olunub, portalda sağlamlığın qorunması, sağlam həyat tərzi, sağlam qidalanmaya dair sübutlara əsaslanan müxtəlif çeşiddə məlumatların yer aldığı diqqətə çatdırılıb. Portalda yer alan çoxsaylı məqalə, video, infoqrafika, maarifləndirici oyunların  müəllimlər tərəfindən şagirdlər və valideynlər arasında təbliğ edilməsi, eyni zamanda özlərinin də gənc nəslə nümunə olaraq sağlam həyat tərzinə üstünlük verməsi tövsiyə olunub. Onlara hər gün fiziki aktivliyə vaxt ayırmaq, sağlam qidalanmaq və gigiyena qaydalarına riayət etmək məsləhət görülüb.  

Yekunda pedaqoji heyətə İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirmə materialları paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.


Şəkil