29 MART 2024
Klinik protokollar üzrə təlimlər keçirilib
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən müxtəlif tibb müəssisələrində klinik protokollar üzrə təlimlər təşkil olunub. Bakı şəhəri 21 və 44 saylı poliklinikada, Sabuncu Tibb Mərkəzinin Maştağa Xəstəxanasında keçirilən təlimlər İSİM-in Tibbi keyfiyyət standartları şöbəsini müdiri Billurə Yusifova tərəfindən aparılıb.
Təlimlərin məqsədi həkimləri hər hansı bir xəstəlik, sindrom, klinik vəziyyət və ya klinik situasiya zamanı tibbi yardım göstərilməsi üzrə sübutlu təbabət prinsiplərinə əsaslanan klinik tövsiyələrlə tanış etmək olub.
Sonda tibb işçilərinə İSİM tərəfindən tərtib və çap olunmuş klinik protokollar paylanılıb.