“Məişət zorakılığına yox deyək!” mövzusunda maarifləndirmə tədbirləri keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

15 APREL 2024

“Məişət zorakılığına yox deyək!” mövzusunda maarifləndirmə tədbirləri keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Elm və Təhsil Nazirliyinin dəstəyi ilə bu ilin mart-aprel aylarında gənc nəsil arasında geniş maarifləndirmə aparılıb.

Bakı şəhəri 37, 112, 216, 262, 290 nömrəli orta məktəblərdə, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzlərində sağlamlığın qorunması, məişət zorakılığının qarşısının alınması mövzusunda geniş maarifləndirmə tədbirləri həyata keçirilib.

İSİM-in Təlim və resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva, həkim metodist Afət Məmmədova geniş təqdimatlarla çıxış edərək, zorakılıq, gender bərabərliyi, məişət zorakılığı, uşaqlara qarşı zorakılığın növləri və müdafiə mexanizmləri, kiberbullinq (kiber zorakılıq) haqqında ətraflı məlumat veriliblər. Vurğulanıb ki, məişət zorakılığına səbəb olan halların aradan qaldırılması üçün səhiyyə işçiləri tərəfindən əhali arasında mütəmadi olaraq geniş təşviqat aparılır və zorakılığa məruz qalan şəxslərin ixtisaslaşdırılan tibbi yardım göstərən müəssisələrə vaxtında müraciət etməsi tövsiyə olunur.

Tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim edilib.

şəkil