Şabranda “Zərərli vərdişlərə yox deyək!” mövzusunda təşviqat aksiyası oldu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

24 İYUN 2023

Şabranda “Zərərli vərdişlərə yox deyək!” mövzusunda təşviqat aksiyası oldu

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Xaçmaz Regional Mədəniyyət İdarəsi ilə birgə əməkdaşlıqla Şabran şəhərində əhali üçün təşviqat aksiyası keçirildi. Yerli sakinlərin, ictimaiyyət nümayəndələri və gənclərin fəal iştirak etdiyi aksiyanın məqsədi tütünçəkmə və narkomaniyanın təhlükəli fəsadları barədə əhali arasında geniş  maarifləndirmə aparılması idi.

26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində keçirilən aksiyada sağlam həyat tərzi  geniş təbliğ və təşviq olundu, tütünçəkmə və narkomaniyanın fəsadlarını təsvir edən rəsmlər sərgiləndi. Səhiyyə işçiləri, ictimai səhiyyə mütəxəssisləri tərəfindən iştirakçılara tütün məmulatları və narkotik maddələrin fəsadları barədə ətraflı məlumat verildi, onlara Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə İSİM tərəfindən yaradılan “Tütündən imtina et” mobil tətbiqindən və tütündən imtina üzrə “Qaynar xətt”dən faydalanmaq tövsiyə olundu. Aksiyada “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” selfi generatorundan istifadə etməklə fotoşəkillər çəkildi, İSİM tərəfindən hazırlanaraq nəşr edilən “Övladlarınızı narkotiklərin oyuncağına çevrilməkdən qoruyun!”, “Sağlam, narkotiksiz həyat seç!”, “Qeyri-infeksion xəstəliklərin əsas risk amilləri”, Siqaretin təhlükəli təsirləri” və digər mövzularda maarifləndirici nəşrlər və suvenirlər paylanıldı.

Şəkil