26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

24 İYUN 2023

26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbir keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 23 iyun 2023-cü ildə Şabran rayon ictimaiyyətinin iştirakı ilə Xaqani Poeziya Evində 26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə  həsr olunmuş tədbir keçirildi.

Xaqani Poeziya Evinin direktoru Aybəniz Əliyar giriş sözü ilə çıxış edərək, əhali arasında aparılan maarifləndirilmənin böyük əhəmiyyət daşıdığını, gənc nəsli sağlamlığa, inkişafa təhlükə törədən tütünçəkmə, narkomaniya kimi zərərli vərdişlərdən qorumağın mühüm məsələ olduğunu bildirdi.  

İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva ölkəmizdə əhalinin sağlamlığının qorunması və zərərli vərdişlərlə mübarizə istiqamətində görülən tədbirlərdən söz açaraq vurğuladı ki, səhiyyə işçiləri tərəfindən paytaxtda və regionlarda əhali arasında geniş təşviqat, maarifləndirilmə aparılır, sağlam həyat tərzi təbliğ olunur.

İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev diqqətə çatdırdı ki, zərərli vərdişlər qeyri-infeksion xəstəliklərin əsas risk amilidir: “Təəssüf ki, tütün məmulatları və narkotik  istifadəçilərinin yaş həddində cavanlaşma müşahidə olunur. Narkotikdən istifadə əsasən məhz yeniyetməlik, gənclik dövrünə təsadüf edir. Odur ki, ictimaiyyətin diqqətini narkomaniya ilə bağlı problemlərə yönəltmək və bu istiqamətdə maarifləndirməni daha da artırmaq məqsədilə 26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub”.

Şabran Rayon Polis İdarəsinin əməkdaşı Rövşən Ələkbərov, Şabran Rayon Mərkəzi Xəstəxanasının həkimi Həbib Həcəmovun çıxışlarında bir daha vurğulandı ki, tütünçəkmə, narkomaniya kimi zərərli vərdişlərə qarşı mübarizədə dövlət qurumları ilə bərabər cəmiyyət də aktiv iştirak etməlidir, valideynlər  övladlarını bu kimi təhlükələrdən qorumaq üçün diqqətli olmalı, onlarla psixoloji söhbətlər aparmalı, zərərli vərdişlər haqqında məlumat verməli, bu asılılıqdan əziyyət çəkənləri isə xilas etmək üçün onlara dəstək olmalıdırlar. 

Şəkil