Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

20 İYUN 2023

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hər yerdə, hər zaman müxtəlif aspektləri əhatə edən peşəkar tibbi məsləhət, habelə tövsiyələrin alınmasını vətəndaşlar üçün daha rahat və çevik edən mobil tətbiqləri istifadəyə verilib. Hazırda nazirliyin qurumu tərəfindən istifadəyə verilən "İlk Yardım tətbiqi", "Ürəyinizi qoruyun", "Şəkərli diabet", “Sağlam qida”, "Tütündən imtina et", "Saglamlıq" və digər mobil əlavələri yükləmək mümkündür.

Tətbiqləri telefonunuza və ya planşetinizə yükləyərək, təcili tibbi yardım xidmətləri və ya digər təcili yardım qurumları tərəfindən lazım olduqda və ya təlimat verildikdə ilk yardım tədbirlərini həyata keçirmək və ya aparılan tədbirlərə yardımçı olmaq üçün tematik videolara və sadə təlimatlara çıxış imkanı əldə etmiş olursunuz. Eyni zamanda, düzgün qida rasionunu tərtib etməyə, tütünçəkmənin zərərləri və tütünçəkmədən imtina metodikaları, ürək-damar xəstəliklərinin əsas risk faktorları, streslə mübarizə metodları və digər faydalı materiallarla tanış olmaq mümkündür. Həmçinin, “VideoDoktor” mobil tətbiqi ev şəraitində yüksək keyfiyyətli tibbi yardım əldə etməyə, peşəkar tibbi məsləhətlər almağa imkan verir. İstifadəsi olduqca rahat olan “MD Reference” mobil tətbiqin əsas funksiyası həkim və digər səhiyyə işçilərinin tibbin ən son yeniliklərindən xəbərdar olmalarına kömək etməsidir.
Mobil əlavələri “Google Play Market” və “App Store”dan yükləmək mümkündür. Onlar Android və İOS sistemləri tərəfindən dəstəklənir.
Bu mobil tətbiqlər barədə ətraflı məlumat və təlimatları İSİM-in rəsmi saytında (https://isim.az/) “Resurslar” bölməsinin “Mobil əlavələr” alt bölməsinə daxil olaraq əldə etmək və yükləmək mümkündür (https://isim.az/az/pages/46-Mobil-elaveler).