11 MAY 2017
«Vətəndaşların sağlamlığının qorunması üzrə Azərbaycan qanunvericiliyinin əsasları» mövzusunda təlimlər keçiriləcək
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) baş hüquqşünası Səbuhi Abdullayev Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 2017-ci ilin 11, 26 may, eləcə də 2, 8, 16 və 20 iyun tarixlərində «Vətəndaşların sağlamlığının qorunması üzrə Azərbaycan qanunvericiliyinin əsasları» mövzusunda təlimlər keçəcək.
Qeyd edək ki, bu təlimlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının həmkarlar ittifaqlarının kadr və fəallarının işçilərin sağlamlığının mühafizəsi üzrə hüquqi bilik və bacarıqlarının artırılmasına yönəlib.
Təlimlərdə İSİM-in nümayəndəsi əhalinin sağlamlığının qorunması üzrə qanunvericiliyin əsasları, hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsi, hüquqi, elmi, tibbi maariflənmə və digər mövzularla bağlı ətraflı çıxış edəcək, bu istiqamətdə verilən sualları cavablandıracaq.