İSİM-in nümayəndəsi palliativ qulluq və xospisə həsr olunmuş Beynəlxalq Səhiyyə Siyasəti Forumunda iştirak edir | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

4 MAY 2017

İSİM-in nümayəndəsi palliativ qulluq və xospisə həsr olunmuş Beynəlxalq Səhiyyə Siyasəti Forumunda iştirak edir

Amerika Birləşmiş Ştatlarının “Last Mile4D” qurumu, Milli və Beynəlxalq Səhiyyə Hüququ üzrə “O’Neill” İnstitutu və Gürcüstanın Cərrahi Onkologiya Cəmiyyətinin təşkilatçılığı ilə 4-6 may 2017-ci ildə Gürcüstanın Tiflis şəhərində  Beynəlxalq Səhiyyə Siyasəti Forumu keçirilir. Forumda Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Ermənistan və ABŞ-dan olan mütəxəssislər, onkoloji xəstələrə qayğı göstərən sosial işçilər iştirak edirlər. Forumun təşkilində əsas məqsəd – palliativ və hospis yardımına ehtiyacı olan xəstələrə daha təkminləşdirilmiş tibbi, sosial, psixoloji köməyin göstərilməsi üçün müvafiq təşkilatlarda çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır. Bu sahədə çalışan mütəxəssislər bir araya gələrək, öz təcrübələrini bölüşməklə yanaşı, ən yaxşı metodları müəyyənləşdirmək, eyni zamanda bu sahədə qanunvericilik bazasını və normativ hüquq aktlarını inkişaf etdirmək istiqamətində müzakirələr keçirir, fikir mübadiləsi aparırlar. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir əvəzləyicisi  Nabil Seyidov da forumda təmsil olunur. İSİM-in nümayəndəsi N. Seyidov Azərbaycanda bu sahədə görülən işlər, planlar, prespektivlər, eləcə də 2016-ci ilin sonunda palliativ qayğı xidmətlərinə olan ehtiyacların dəyərləndirilməsi və resusların xəritələşdirilməsi ilə bağlı keçirilmiş sorğunun ilkin nəticələrinə dair təqdimatla çıxış edəcək.