«Vətəndaşların sağlamlığının qorunması üzrə Azərbaycan qanunvericiliyinin əsasları» mövzusunda təlimlər keçiriləcək | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

11 MAY 2017

«Vətəndaşların sağlamlığının qorunması üzrə Azərbaycan qanunvericiliyinin əsasları» mövzusunda təlimlər keçiriləcək

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) baş hüquqşünası Səbuhi Abdullayev Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 11, 26 may, eləcə də 2, 8, 16 və 20 iyun 2017-ci il tarixlərində «Vətəndaşların sağlamlığının qorunması üzrə Azərbaycan qanunvericiliyinin əsasları» mövzusunda təlimlər keçəcək.

Qeyd edək ki, bu təlimlər Azərbaycan Respublikası Həmkarlar İttifaqının kadr və fəallarının sağlamlığının mühafizəsinə, eyni zamanda bu istiqamətdə hüquqi bilik və bacarıqlarının artırılmasına yönəlib.

Təlimlərdə İSİM-in nümayəndəsi əhalinin sağlamlığının qorunması üzrə qanunvericiliyin əsasları, hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsi, hüquqi, elmi, tibbi maariflənmə və digər mövzularla bağlı ətraflı çıxış edəcək, bu istiqamətdə verilən sualları cavablandıracaq.