Şəkərli diabet tip 2 diaqnostika və müalicəsi üzrə metodik vəsait
Metodik vəsait Səhiyyə Nazirliyi Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyəti, Azərbaycan Respublikasi Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası, Respublika Endokrinoloji Mərkəz və İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən hazırlanmışdır.
Sağlamlıq imkanları məhdud olan uşaqların sanatoriya-kurort şəraitində müalicəsi üzrə metodik tövsiyələr
“Tənəffüs pozuntuları olan yenidoğulmuşlara ilkin reanimasiya yardımının göstərilməsi” üzrə metodik tövsiyə.
(2024-cü ildə yerləşdirilib)
“Tənəffüs pozuntuları olan yenidoğulmuşlara ilkin reanimasiya yardımının göstərilməsi üzrə metodik tövsiyə” Səhiyyə Nazirliyinin 24.04.2014-cü il tarixli 30 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planı”nın 3.2.2., 3.2.6. və 3.3.8-ci bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə Ümumdünya Səhiyyə Təşkilatı və Amerika Pediatriya Akademiyası tərəfindən hazırlanmış “Körpələrin tənəffüsünə dəstək. İlk Qızıl Dəqiqə” adlı rəhbərliyin əsasında İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən hazırlanmışdır. Metodik vəsait doğuşa yardım müəssisələrində, həmçinin feldşer-mama məntəqələrində və kənd xəstəxanalarında çalışan tibb işçiləri üçün nəzərdə tutulub.
Tərtibçilər: Ş. İsmayılova, N.Seyidov, L. Rzayeva,
Rəyçi: Nəsib Quliyev
Təhlükəsiz abortlar üzrə metodik tövsiyələr
(2024-cü ildə yerləşdirilib)
Metodik tövsiyələr Səhiyyə Nazirliyinin 24.04.2014-cü il tarixli 30-nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strategi Plan üzrə Fəaliyyət planı”nın 3.2.2 “İSX tibb işçiləri üçün klinik protokolların və metodik tövsiyələrin işlənib hazırlanması” bəndinin icrasını təmin etmək məqsədi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu tərəfindən işlənib hazırlanmışdır. Metodik tövsiyələr mama-ginekoloqlar və mamalar üçün nəzərdə tutulub.
Tərtibçilər: G. Rzayeva, Ş. İsmayılova
Rəyçi: Leyla Rzaquliyeva