Səhiyyə sistemində həyata keçirilən islahatların uğurla nəticələnməsi üçün inkişaf etmiş ölkələrin təcrübəsi ilə tanışlıq, Azərbaycanın səhiyyə idarə və müəssisələrinin müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) də bu amil nəzərə alınaraq beynəlxalq təşkilatlarla birlikdə müxtəlif layihələrin reallaşdırılmasına böyük diqqət ayrılır. Səhiyyə sahəsində həyata keçirilən bütün layihə və proqramlarda kommunikasiya komponenti xüsusi olaraq nəzərə alınır.
Əhalinin sağlamlığının qorunmasına həsr olunmuş layihələrin həyata keçirilməsində İSİM Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatı, Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ), Respublika QİÇS-lə Mübarizə Mərkəzi kimi hökumət, ÜST (WHO), UNİCEF, Blumberq Təşəbbüsü Fondu, Qlobal Fond və s. beynəlxalq, eləcə də Azərbaycan Qızıl Aypara Cəmiyyəti kimi qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən keçirilmiş və hazırda davam etdirilən layihələr barədə məlumatla burada tanış ola bilərsiniz.