Məktəblilər üçün “Sağlam qidalanma” mövzusunda seminar keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

31 MART 2017

Məktəblilər üçün “Sağlam qidalanma” mövzusunda seminar keçirildi

30 mart 2017-ci il tarixdə  Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə 132-134 nömrəli Təhsil Kompleksində “Sağlam qidalanma” mövzusunda seminar keçirdi.

“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”nın aidiyyəti bəndlərinə əsasən keçirilmiş təlim məktəblilərin  sağlam qidalanmaya dair biliklərinin artırılmasına yönəlmişdi.

Təlimdə İSİM-in əməkdaşı Nərmin Əliyeva məktəbin yuxarı sinif şagirdlərinə və müəllim heyətinə sağlam qidalanma və sağlam həyat tərzi mövzusunda təqdimat etdi. O, sağlam qidalanmanın balanslı bölünmüş  zülal, karbohidrat, yağ, su, vitaminlər və minerallarla zəngin müxtəlif qida maddələrindən ibarət olduğunu qeyd etdi. Sağlam həyat tərzi sürməyin yeniyetmə orqanizmi üçün vacibliyini vurğulayan mütəxəssis sağlam qidalanma ilə yanaşı sağlamlıq üçün fiziki aktivliyin əhəmiyyət kəsb etdiyini, bu  fiziki aktivliyin də davamlı və planlaşdırılmış formada həyata keçiriləməsinin lazımlı olduğunu bildirdi.  Məktəblilərin böyük marağına səbəb olan təqdimatda N.Əliyeva sağlam qidalanma üçün zəruri məhsullar və onların gündəlik qida norması barədə məlumat verdikdən sonra şagirdləri maraqlandıran sualları cavablandırdı.

Daha sonra İSİM-in digər mütəxəssisi Şəhla Mirzəzadə “Enerji balansı və enerji sərfi” mövzusunda təqdimat ilə çıxış etdi. Ş. Mirzəzadə məktəblilərə qəbul etdikləri gündəlik qidaların enerji balansından və hansı qida məhsullarının onların sağlamlığı üçün faydalı olmasından bəhs etdi. Həkim-metodist insanların sağlam qidalanmadıqları təqdirdə mübadilə proseslərinin pozulması hallarının baş verdiyini, bunun  nəticəsində yaranan və ictimai sağlamlığa təhlükə sayılan piylənmə hallarını da tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşı Aynur Seyidova İSİM ilə birlikdə əhalinin sağlamlığının qorunması naminə bu istiqamətdə həyata keçirilən işlər haqqında şagirdləri məlumatlandırdı və bu kimi silsilə tədbirlərin gələcəkdə də davam edəcəyini qeyd etdi.