İSİM-də "2 aprel - Ümumdünya Autizm Günü"nə həsr olunmuş dəyirmi masa keçirildi (FOTO) | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

31 MART 2017

İSİM-də "2 aprel - Ümumdünya Autizm Günü"nə həsr olunmuş dəyirmi masa keçirildi (FOTO)

30 mart 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) KİV nümayəndələri üçün “2 aprel - Ümumdünya Autizm Günü”nə həsr olunmuş dəyirmi masa keçirildi.

Səhiyyə Nazirliyinin Mətbuat xidməti ilə birgə təşkil olunmuş dəyirmi masa 2017-ci ilin aprel ayında autizmlə bağlı keçiriləcək tədbirlər silsiləsinin ilk tədbiri oldu.

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na əsasən KİV nümayəndələri üçün təşkil olunmuş bu dəyirmi masanın əsas məqsədi media vasitəsi ilə ictimaiyyətin diqqətini cəmiyyətimizdə ildən-ilə aktuallaşan autizm sindromuna, autistik spektr pozuntuları ilə üzləşmiş insanların və ailələrin ehtiyaclarına yönəltmək idi.

Tədbirdə Səhiyyə Nazirliyinin Mətbuat xidməti,  Azərbaycan Tibb Universiteti, “Birgə və Sağlam” İctimai Birliyinin nümayəndələri, eləcə də  İSİM-in mütəxəssisləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov ölkəmizdə autizmlə bağlı vəziyyətdən, bu problemin ölkəmiz üçün son 15-20 ildə aktual olmasından, dövlət və qeyri-dövlət qurumlarının həmin istiqamətdə bir çox işlər həyata keçirməsindən danışdı. O, tədbir iştirakçılarına sektorlararası əməkdaşlıq və autizm spektr pozuntusu olan uşaqlara yönəlmiş beynəlxalq, milli və yerli strategiyalar haqqında məlumat verdi. Daha sonra “Birgə və Sağlam” İctimai Birliyinin rəhbəri Aytən Eynalova autizm spektr pozuntusu  olan uşaqların valideynlərinin onlarla rəftarlarından, cəmiyyətin autizm pozuntusu olan uşaqlara münasibətindən və onların ailələrinin yaşadıqları çətinliklərdən bəhs etdi. O, bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”na autizm də aid edilmişdir. Çıxışının sonunda isə 2017-ci il üçün “Autizm himni” adlandırdıqları və  bir çox tanınmış şəxslərin iştirak etdiyi musiqi parçasını tədbir iştirakçıları ilə bölüşdü.

Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının əməkdaşı Nərmin Quliyeva autizm pozuntusu olan uşaq və yeniyetmələrin reabilitasiyasında yaşanan çətinliklərdən və onlara lazım olan dəstəyin əhəmiyyətindən danışdı. O, qeyd etdi ki, autizm erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən, məhdud və təkrarlanan davranışlara yol açan ümumi inkişaf geriliyidir. Cəmiyyətin hər bir üzvünün onlarla münasibətdə diqqətli olmasının vacibliyini qeyd edən mütəxəssis autizmin xəstəlik deyil, fərqlilik olduğunu vurğuladı.

Sözügedən tədbirin sonunda media nümayəndələrini autizm sindromu mövzusunda  maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırıldı.

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.