İSİM-də səhiyyənin və xəstəxanaların idarə olunmasına dair seminar keçirildi (FOTO) | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

7 MART 2017

İSİM-də səhiyyənin və xəstəxanaların idarə olunmasına dair seminar keçirildi (FOTO)

6-7 mart 2017-ci il tarixlərdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Miçiqan ştatında regional səhiyyə qurumunun idarə heyətinin üzvü və vitse-prezidenti cənab Vorın Vayt (Warren White) tərəfindən seminar keçirildi.

Regional səhiyyə sistemi və çoxsaylı xəstəxanaların idarə edməsində 35 ildən artıq təcrübəyə malik mütəxəssis Bakıdakı səfəri zamanı İSİM-in təşkilatçılığı ilə keçirdiyi 2 günlük seminarda səhiyyə sisteminin idarə olunması və xəstəxana idarəçiliyi mövzusunda təqdimat etdi.

Seminarda Səhiyyə Nazirliyinin müvafiq qurumları, Azərbaycan Tibb Universitetinin nümayəndələri, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllim heyəti, o cümlədən sosial gigiyena və səhiyyənin təşkili ixtisasları üzrə rezidentura keçən rezidentlər, İSİM-in əməkdaşları iştirak etdilər. Tədbirin keçirilməsində əsas məqsəd ABŞ-da səhiyyə sisteminin təşkilində,  xəstəxanaların idarə olunmasında tətbiq edilən strukturu iştirakçıların diqqətinə çatdırmaq idi.

“Yenilik və böyümə yolu ilə səhiyyə xidmətlərinin daşınması” adlı təqdimat ilə çıxış edən cənab Vayt tədbir iştirakçılarını özünün fəaliyyət göstərdiyi tibb müəssisələrində bu istiqamətdə, yəni xəstəxanaların keyfiyyətli, səmərəli idarə olunmasında qazandığı təcrübə və regional səhiyyə ilə bağlı 15 tendensiya haqqında məlumatlandırdı.

Seminar zamanı xüsusi  olaraq xəstələrin təhlükəsizliyinin təmin olunması, tibbi xidmət zamanı xəstəxanada israfçılığın qarşısının alınması haqqında ətraflı məlumat verən mütəxəssis həmçinin xəstələrə göstərilən tibbi qayğının artırılması naminə rezidentlərin və tibb tələbələrinin xəstəxana səviyyəsində təlim və hazırlıqlarının əhəmiyyətindən bəhs etdi. O, eləcə də kadrların  idarə olunması və xəstəxanaların keyfiyyətli və uzunmüddətli fəaliyyəti baxımından strateji planlaşdırma aparılmasının lazımlı olduğunu da qeyd etdi. Görüşün sonunda cənab Vaytın təqdimatlarından faydalanan iştirakçılar ona təşəkkürünü bildirdilər. 

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.