ASAN könüllüləri üçün "Tütün - öldürücü təhlükə" adlı maarifləndirici təlim keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

13 FEVRAL 2017

ASAN könüllüləri üçün "Tütün - öldürücü təhlükə" adlı maarifləndirici təlim keçirildi

13 fevral 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 1 saylı “ASAN xidmət”  mərkəzində tütünlə mübarizəyə dair "Tütün-öldürücü təhlükə" adlı maarifləndirici təlim keçirildi.

Təlimdə  maarifləndirici təqdimatla çıxış edən İSİM-in mütəxəssisi Şəhla Mirzəzadə ASAN könüllülərinə tütünün insan orqanizminə vurduğu zərərlərdən, tütün tüstüsünün qeyri-infeksion xəstəliklərə səbəb olmasından, eləcə də fiziki sağlamlıqla yanaşı, psixoloji təsirlərindən danışdı və tütünün insana yarada biləcəyi problemləri təlim iştirakçılarının diqqətinə çatdırdı.

İştirakçılarla interaktiv formada davam edən təlimdə mütəxəssis tütündən istifadəni tərgitməyin yollarından və bununla bağlı İSİM tərəfindən əldə olunan təcrübədən  bəhs etdi. Təlimin “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın müvafiq tələblərinə uyğun olaraq həyata keçirildiyini vurğulayan natiq dövlətimizin bu problemə olan böyük diqqətindən, xüsusən də gənclərin tütün aludəçiliyindən uzaq olmaları üçün görülən işlərdən, atılan addımlardan danışdı. 

Tədbirin sonunda iştirakçılar ilə xatirə fotosu çəkildi.