• “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

13 FEVRAL 2017

İSİM-in mütəxəssisi ətraf mühitin və sağlamlığın mühafizəsi ilə bağlı Yunanıstanda keçirilən tədbirdə iştirak etdi

6-7 fevral 2017-ci il  tarixlərdə Yunanıstanın Saloniki şəhərində ”Sənaye fəaliyyəti ilə çirklənmiş sahələr və Sağlamlıq Şəbəkəsi” tərəfindən keçirilən 3-cü Plenar Konfransda və 8-10 fevral tarixlərdə baş tutan Birinci Təlim Kursunda ətraf mühit və ekoloji sağlamlıqla bağlı məsələlər əsas müzakirə mövzusu olmuşdur. Tədbirlərdə keçmiş və mövcud sənaye fəaliyyətinin insan sağlamlığına və ətraf mühitə təhlükə yaradan əsas faktorlardan olması müzakirə obyekti olmuşdur. Qeyd olunan konfrans və təlim kursunda Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM)  Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov təmsil etmişdir.

Tədbirlər Avropa Birliyi, Avropa Komissiyasının Horizont-2020 proqramı, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisi və İtaliyanın İctimai Səhiyyə İnstitutunun dəstəyi ilə Yunanıstanın Salonikidəki Aristotel Universiteti tərəfindən təşkil edilmişdi. 40-dan çox Avropa ölkəsindən dəvət edilmiş ictimai səhiyyə və ətraf mühit üzrə mütəxəssislərin iştirak etdiyi konfrans və təlim kursunda ictimai sağlamlığın qorunması, riskin ölçülməsi, sağlamlığa təsirin qiymətləndirilməsi, təhlükəli və toksik maddələrin ətraf mühitdə yayılması, həmin maddələrin sağlamlığa təsirinin azaldılması və aradan qaldırılması, biometrik monitorinqin aparılması və s. kimi əhəmiyyətli məsələlər geniş müzakirə mövzusu olmuşdur.

Tədbirlər zamanı ətraf mühitin sağlamlığa təsirinin ölçülməsi üçün Avropa ölkələrində geniş tətbiq edilən innovativ strategiyalar, kompüter proqramları, o  cümlədən Coğrafi İnformasiya Sistemləri, İntegra proqramı və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılmış, çoxsaylı praktik məşğələlər vasitəsi ilə onlara bilik və bacarıqlar aşılanmışdır. 

Qeyd edək ki, iqtisadi artımın baş verdiyi ölkələrdə sənaye tullantılarının həm ətraf mühitə, həm də insan sağlamlığına təsiri də artmaqdadır. Həmçinin quruda və dənizdə 100 ildən artıq neft və qaz hasilatı aparan Azərbaycanda da ictimai səhiyyə sistemi üçün ətraf mühit və sağlamlığın mühafizəsi məsələləri olduqca əhəmiyyət kəsb edir. İctimai səhiyyənin əsas məqsədi də əhalini bu növ təhlükələrdən qorumaq, mənfi təsirlərin azaldılmasına istiqamətlənmiş strategiyalar, tədbirlər hazırlamaq və həyata keçirməkdir. Buna nail olmaq üçün respublikanın müxtəlif sənaye sahələrində tullantılarda olan toksik maddələrin müəyyən edilməsi, həmin sahələrdəki havada, suda və torpaqda təhlükəli və toksik maddələrin konsentrasiyasının öyrənilməsi, bu sahələrə yaxın ərazilərdə yaşayan insanlar arasında biometrik monitorinqin aparılması, insanların sağlamlığına olan zərərin azaldılması və ya aradan qaldırılması üçün həm maarifləndirmə, həm də digər aktiv tədbirlərin görülməsi önəmlidir.