• İSİM-də “21 sentyabr - Beynəlxalq Sülh Günü”nə həsr edilmiş tədbir keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

19 YANVAR 2017

İSİM-də “Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu” üzrə seminar keçirildi (FOTO)

Bu həftə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə keçirilən məktəb yaşlı uşaqların sağlamlıqlarına həsr edilmiş təbdirlər yekunlaşdı. 16-17 yanvar tarixlərində təşkil edilmiş “Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsinin tətbiqinə dair iki günlük görüşün davamı olaraq 18-19 yanvar tarixlərində İSİM-də ÜST-nin Avropa Regional Bürosunun ekspertlərinin iştirakı ilə “Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu” üzrə seminar keçirildi.

Avropada və digər ölkələrdə həyata keçirilən və uşaqların sağlamlığının təşviqinə dəstək verən tədqiqatın Azərbaycanda da tətbiq edilməsi üçün təşkil olunmuş bu seminar Azərbaycanda uşaqların vəziyyətinə dair aparılmış sorğuların nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırmaq və uşaqların sağlamlığının qorunması yolunda Azərbaycanda həyata keçirilməsi düşünülən bu tədqiqatın iş strukturunu müzakirə etməyə yönəlmişdi.

Tədbiri İSİM-in direktoru Ceyhum Məmmədov iştirakçıları və qonaqları salamlamaqla açaraq ölkəmizdəki uşaqların sağlamlıqlarına dövlət tərəfindən göstərilən diqqətdən danışdı. O, uşaq sağlamlığının qorunmasında, onların rifahının yaxşılaşdırılmasında cəmiyyətin də dövlət qədər maraqlı olmasının vacibliyini qeyd etdi və bu sahədə mövcud problemlərin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparılan islahatlar çərçivəsində vacib işlərin, o cümlədən tədqiqatların həyata keçirilməsini vurğuladı.

Seminarın birinci günündə tədbir iştirakçılarını ölkəmizdə uşaq və yeniyetmələrin sağlamlıq vəziyyəti, problemlər, çətinliklər və bu problemlərin həlli istiqamətində əldə olunmuş nailiyyətlər barədə İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov məlumatlandırdı. O, uşaqların sağlam qidalanması, sağlam davranışları, dispanserizasiya və reproduktiv sağlamlıqla bağlı keçirilmiş sorğuların nəticələrini iştirakçıların diqqətinə çatdırdı. N. Seyidov yerli təcrübələrə əsaslanıb ölkənin sağlamlığa dair əhəmiyyətli sorğularının məhz İSİM tərəfindən aparıldığını bildirərək Demoqrafiya və Sağlamlıq Sorğusunu, Azərbaycanda iki dəfə aparılmış Gənclər arasında Tütündən İstifadənin Qlobal Tədqiqatı sorğularını misal göstərdi.

Daha sonra seminarda çıxış edən ÜST-nin Avropa Regional Bürosunun müşaviri Martin Veber ÜST-nin Uşaq və yeniyetmələrin sağlamlığı (HBSC CAH) strategiyası baxımından Azərbaycandakı ilkin vəziyyət və strategiya üçün əhəmiyyətli faktlardan danışdı.  M.Veber İSİM-də keçirilən Azərbaycan uşaq və yeniyetmələrinin sağlamlığını təbliğ və təşviq etməyə istiqamətlənmiş seminarda iştirak etməsindən məmnunluğunu və Səhiyyə Nazirliyinə təşəkkürünü bildirdi. O, bu tədqiqat şəbəkəsinin Azərbaycanda tətbiqi nəticələrinin təkcə məktəb uşaqlarına deyil, bütün ölkə uşaqlarının rifahına müsbət təsir edəcəyini vurğuladı. "Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu" şəbəkəsi və onun 2016-cı ilə dair beynəlxalq hesabatı haqqında tədbir iştirakçılarına Latviyanın Xəstəliklərə Nəzarət Mərkəzinin İctimai Səhiyyənin təhlili üzrə baş mütəxəssisi, ÜST-nin beynəlxalq eksperti İveta Pudele geniş məlumat verdi. Tədbirin ilk günü İveta Pudelenin sözügedən şəbəkənin tələbləri və şərtləri, Azərbaycanın bu sistemi tətbiq etməklə nələri qazanacağı, iş protokoluna ümumi baxış, Azərbaycanda bu mövzu ətrafında araşdırma nümunələri və pilot işin təşkili kimi məsələlərə toxunması və bu mövzularda müzakirələrin aparılması ilə başa çatdı.

Yanvarın 19-da seminarın ikinci gününün işi tədbir iştirakçılarının 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad etməsi ilə başlandı. Daha sonra Martin Veber seminarın birinci gününün xülasəsini və Uşaq və yeniyetmələrin sağlamlığı üçün sorğu protokolunu iştirakçıların diqqətinə çatdırdı. İveta Pudele isə Azərbaycanda sorğu üçün seçmə və pilot sorğunun təşkilindən danışıb, iştirakçılarla birlikdə ölkədə olan çətinlikləri, qərar qəbul edənlər üçün təklif olunan yanaşmaları müzakirə etdi.

Yekunda beynəlxalq ekspertlərin iştirakı ilə təşkil olunmuş iki günlük bu tədbirin həm qonaqların, həm də yerli mütəxəssislərin təcrübələrinin artırılmasında böyük töhfə olduğu bildirildi. 

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.