İSİM-in əməkdaşları “20 YANVAR” ŞƏHİDLƏRİNİN əziz xatirəsini yad etdilər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

19 YANVAR 2017

İSİM-in əməkdaşları “20 YANVAR” ŞƏHİDLƏRİNİN əziz xatirəsini yad etdilər

Bu il xalqımızın həm faciəsi, həm də qəhrəmanlıq salnaməsi kimi yaddaşlara həkk olunan “Qara yanvar” hadisəsindən 27 il ötür. 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakı şəhərində keçmiş Sovet İttifaqının qoşun hissələri və erməni quldur dəstələri tərəfindən dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) kollektivi “20 Yanvar faciəsi” şəhidlərinin əziz xatirəsinə ucaldılmış abidənin önünə əklil və gül dəstələri qoydular. İSİM-in  rəhbər işçiləri, ictimai səhiyyə mütəxəssisləri, həkimlər bir araya toplaşaraq abidə kompleksinin önünə gül dəstələri düzməklə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsini dərin hüznlə bir dəqiqəlik sükutla yad etdilər.

Azərbaycanda yaşayıb-yaşamamasından, yaşlı nəsil və ya gənc olmasından asılı olmayaraq hər bir azərbaycanlı kimi İSİM-in nümayəndələri də “20 Yanvar faciəsi”ni bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş qanlı cinayət kimi xatırlayır, hər il bu faciənin ildönümündə şəhidlərimizin müqəddəs ruhunu yad edirlər.