• “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

14 OKTYABR 2016

İSİM-də neonatal reanimasiya üzrə təlimlər keçirildi

2016-cı il oktyabrın 13-14-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) antenatal yardım xidməti göstərən tibb müəssisələrinin işçiləri (neonatloq və pediatlarlar) üçün “Neonatal Reanimasiya” üzrə təlimlər keçirildi. 2 gün davam edən bu təlimlərə əsasən respublikanın regional doğuşayardım müəssisələrində çalışan həkim-mütəxəssislər cəlb olunmuşdular.  K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə əməkdaşlıqda keçirilmiş təlimlərə İSİM-in Təlim-resurs şöbəsinin  həkim-metodisti Nahidə Mahmudova aparıcılıq etdi. Təlim kursu boyu iştirakçılar Nahidə xanımın təqdimatı ilə son illər ərzində yenidoğulmuşların reanimasiyası zamanı istifadə olunan bilik və bacarıqlara baxış keçirdilər, komanda işinin aparılması və ölkə üzrə reanimasiya tədbirləri zamanı atılan addımların sənədləşdirilməsinə müasir yanaşmaları müzakirə etdilər.

Təlimlər vasitəsi ilə regionlarda doğuşayardım müəssisələrində çalışan tibb işçiləri yenidoğulmuşlara keyfiyyətli tibbi yardım göstərmək, xüsusi avadanlıq və qurğular olmadıqda körpələrə ilkin ixtisaslaşdırılmış yardımı tətbiq etmək, müvafiq tibb müəssisələrinə onların vaxtında çatdırılmasını təmin etmək və s. məqamlarda öz bilik və bacarıqlarını artırdılar. İştirakçılara neonatologiyada istifadə edilən yeni texnologiyalar və yenidoğulmuşlarda tez-tez rast gəlinən xəstəliklərin, xüsusilə də təcili və təxirəsalınmaz halların profilaktikası, erkən diaqnostikası və müalicəsinə dair ən müasir məlumatlar və onların simulyasiyalar zamanı təcrübədə tətbiqi öyrədildi.

Sözügedən təlimlər Amerika Kardiologiya Assosiasiyasının və Amerika Pediatriya Akademiyasının "Yenidoğulmuşların Reanimasiyası Proqramı"nın əsasında tərtib edilmiş, Səhiyyə Nazirliyi tərəfindən isə təsdiq edilmiş “Yenidoğulmuşların reanimasiyası” dərsliyi əsasında aparıldı. İki hissədən ibarət olan təlim kursunun praktik hissəsi neonatal reanimasiya sahəsində istifadə edilən aidiyyəti yeni texnologiyaların öyrədilməsi üçün məşğələlər formatında İSİM-in xüsusi avadanlıq və manekenlərlə təchiz olunmuş Təlim Mərkəzində keçirildi.