İSİM-də xroniki Hepatit B viruslu xəstələrin müalicəsinin və müşahidəsinin təkmilləşdirilməsi məqsədi ilə həkimlər üçün təlim keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

7 OKTYABR 2016

İSİM-də xroniki Hepatit B viruslu xəstələrin müalicəsinin və müşahidəsinin təkmilləşdirilməsi məqsədi ilə həkimlər üçün təlim keçirildi

Səhiyyə Nazirliyinin təşkilatçılığıyla 6 oktyabr  2016–cı il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) həkim-mütəxəssislər (infeksionistlər və terapevtlər) üçün təlim  keçirildi.

Əsasən paytaxt və regionlardan olan və Ilkin səhiyyə xidmətlənində çalışan mütəxəssislərə ünvanlanmış bu təlim xroniki B viruslu hepatit xəstələrin müalicəsinin və müşahidəsinin təkmilləşdirilməsi məqsədi ilə hazırlanmış metodik tövsiyə əsasında qurulmuşdu. Qeyd edək ki, bu metodik tövsiyə  Səhiyyə Nazirliyinin 29 mart 2016-cı il tarixli 19 saylı kollegiyasının qərarı ilə təsdiq olunmuş “Xroniki B viruslu hepatit xəstələrinin müalicəsində recombinant alfa-interferon dərman preparatlatı” adlanır.

Adı çəkilən tövsiyə haqqında tədbir iştirakçılarına məlumat verən Səhiyyə Nazirliyi nəzdində olan V.Axundov adına Milli Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktor müavini  Həqiqət Qədirova  bu vəsaitin həkimlərimiz üçün xroniki B viruslu hepatit xəstələrin müalicəsini və müşahidəsini aparmaqda yardımçı olacağını bildirdi.

Tövsiyədə yer almış recombinant alfa-interferon dərman preparatları haqda  tədbir iştirakçılarına ətraflı məlumatı digər məruzəçilər - Səhiyyə Nazirliyinin nəzdində yaradılmış B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın sədri Murad Məmmədov və komissiyanın üzvü Aybəniz Dadaşova verdilər. Onlar auditoriya qarşısında mövzuyla əlaqədar maraqlı təqdimatlar etdilər, yeni təsdiq olunmuş metodik tövsiyə əsasında həkimlərə xroniki B viruslu hepatit xəstələrinin müalicəsini təyin edərkən hansı göstəricilərə əsasən aparılmasının şərtlərini açıqladılar.

Tədbirin sonunda həkimləri maraqlandıran suallar cavablandırıldı.