• İSİM-in nümayəndələri Ukraynada keçirilən “Tütünə qarşı mübarizə üzrə liderlik proqramı”nda iştirak edirlər
  • İSİM-də STEPS sorğusunda iştirak edəcək müsahibəçilər üçün təlimlər keçirilir
  • İSİM-in nümayəndələri “Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı” layihəsi çərçivəsində növbəti seminarda iştirak edirlər
  • İSİM-in əməkdaşı ana və yeni doğulmuş uşaqların sağlamlığının qorunmasına dair beynəlxalq konfransda iştirak edir
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!
  • Azərbaycan “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” şəbəkəsinə üzvlük haqqı qazandı

XƏBƏRLƏR bütün xəbərlər

7 İYUN 2016

İSİM-də Gender əsaslı zorakılıqdan zərər çəkmiş şəxslərə yardım göstərən tibb işçiləri üçün təlimlər keçirilir (FOTO)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tapşırığı və BMT-nin Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyinin  (UNFPA) dəstəyi ilə 6 iyun 2016-cı il tarixdən etibarən İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Gender əsaslı zorakılıqdan zərər çəkmiş şəxslərə yardım göstərən tibb işçiləri üçün təlim”lər başlanmışdır.

Təlimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 15.02.2012-ci il tarixli 13 nömrəli əmri ilə təsdiq edilmiş "Məişət zorakılığının qarşısının alınması üzrə  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı"nın 1.2.4 (2)-cü və 1.2.8 (1)-ci bəndlərinə uyğun olaraq İSİM-in mütəxəssisləri tərəfindən BMT-nin Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyinin (UNFPA) dəstəyi ilə 2015-ci ildə tərtib edilmiş “Gender əsaslı zorakılıqdan zərər çəkmiş şəxslərə təcili və təxirəsalınmaz tibbi-psixoloji yardım göstərən tibb işçiləri üçün metodik vəsait”- in  üzərində qurulmuşdur.

Türkiyədən olan beynəlxalq mütəxəssislərin:  Başkent Universitetinin BÜKÇAM-in direktoru Ayşe Akın və Ezgi Türkçelikin iştirakı ilə həyata keçirilən təlimlər iyunun 10-na kimi davam edəcək. 5 gün davam edəcək tədbirdə ekspertlərin köməyi ilə yerli həkim-mütəxəssislər gender əsaslı zorakılıqdan zərər çəkmiş şəxslərə təcili və təxirəsalınmaz tibbi-psixoloji yardımın zamanında və düzgün sistematik qaydada aparılması üzrə, həmçinin zərər çəkmişin emosional və fiziki durumunu nəzərə almaqla psixoloji yardımın və tibbi müayinənin hər tərəfli təmin edilməsi, zorakılıq halı ilə bağlı qanunla tənzimlənmiş qaydada hərəkət etmə kimi bilik və bacarıq səviyyələrini artıracaqlar. Təlimlərdə Azərbaycan Vəkillər Kollegiyasının üzvü Sevinc Əliyeva məruzələrlə çıxış edəcək və  iştirakçıların nəzərini Azərbaycan Respublikasının "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanun"a yönəldərək gender əsaslı zorakılıqdan zərər çəkmiş şəxslərə yardımın təşkilinin hüquqi bazasından və mövcüd prosedur qaydalarından danışacaq.

Qeyd edək ki, İSİM-in mütəxəssisləri ilə yanaşı təlimlərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutudan (ADHTİ), Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzindən, Ak.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasından, A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasından, 25 saylı şəhər poliklinikasından, 7 saylı qadın məsləhətxanasından olan həkimlər iştirak edir.  

Təlimlər bitdikdən sonra bütün iştirakçılar sertifikatlarla təltif olunacaqlar.

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.