• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

13 MAY 2016

İSİM tərəfindən növbəti sağlamlıq forumu keçirildi (FOTO)

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə Bakı şəhərinin 7 rayonunda keçirilməsi nəzərdə tutulan sağlamlıq forumları davam edir. Gənclər üçün sağlamlıq forumlarına 2016-cı il mayın 5-də Bakının Nərimanov rayonunda yerləşən Bakı Modern Məktəbində başlanılıb. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi, İSİM və “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı və Bakı şəhərinin Rayon İcra Hakimiyyətlərinin, rayon Gənclər və İdman İdarələrinin texniki dəstəyi ilə növbəti sağlamlıq forumu 2016-cı il mayın 13-də Bakı şəhəri Nəsimi rayonunda yerləşən 240 nömrəli məktəbdə keçirildi. “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planına əsasən keçirilən forumda məktəbin müəllim-şagird heyəti iştirak etdi.

Forum təşkilatçıları çıxış edərək yeniyetmə və gənclərin sağlamlığının qayğısına qalmaqda belə tədbirlərin keçirilməsinin vacibliyini diqqətə çatdırdılar. İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynur Rəşidova əhalinin, xüsusilə gənclərin sağlamlığının qorunmasında görülən tədbirlərdən söhbət açdı. 

İSİM-in ictimaiyyətlə əlaqələr üzrə meneceri Səadət Hənifəyeva tütünçəkmənin insan sağlamlığına ziyanları, təhlükələri və tütünçəkmə nəticəsində yaranan xəstəliklər, tütünçəkmə ilə mübarizə istiqamətləritəhlükənin miqyası barədə təqdimat etdi: “Kişilər əsasən ictimai yerlərdə, qadınlar isə evdə tütün tüstüsünün təsirinə məruz qalırlar. Dünyada uşaqların 50%-i tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alır. Siqaret çəkmək sağlamlığa hər gün zərər gətirir və hər çəkilmiş siqaretlə sağlamlığa güclü zərbə vurulur.”

İSİM-in həkim-metodisti Nərgiz Kərimova “Cəmiyyətdə erkən nikah problemi və erkən nikahların tibbi aspektləri” mövzusunda çıxış etdi: “Məişət zorakılığının bir forması olan erkən nikahlara daha çox problemli ailələrdən olan və qeyri-normal atmosferdən qaçmağa çalışan uşaqlar məruz qalırlar.”

İSİM-in ictimaiyyətlə əlaqələr üzrə meneceri Nərmin İlyasova məişət zorakılığının qarşısının alınması barədə təqdimat etdi: “Məişət zorakılığı dedikdə, ailə üzvlərindən birinin digəri üzərində nəzarət və hökmranlıq etməsi, buna nail olmaq üçün fiziki, psixoloji, iqtisadi təzyiqlərə əl atması, həmçinin cinsi zorakılığa məruz qoyması başa düşülür.”

Təqdimatların sonunda mövzular üzrə videoçarxlar izlənildi, əhalinin maarifləndirilməsi istiqamətində İSİM-in həyata keçirdiyi tədbirlərdən və çap olunan nəşrlərdən söz açıldı, maarifləndirmə materialları paylanıldı.

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.