İSİM tərəfindən növbəti sağlamlıq forumu Binəqədidə keçirildi (FOTO) | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

17 MAY 2016

İSİM tərəfindən növbəti sağlamlıq forumu Binəqədidə keçirildi (FOTO)

2016-cı il mayın 17-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) və “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı və Bakı şəhərinin Rayon İcra Hakimiyyətlərinin, rayon Gənclər və İdman İdarələrinin texniki dəstəyi ilə növbəti sağlamlıq forumu keçirildi. “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planına əsasən keçirilən forumda Bakının Binəqədi rayonunda yerləşən məktəblərin müəllim-şagird heyəti iştirak etdi.

Giriş sözü ilə çıxış edən forum təşkilatçıları sağlamlıq forumlarının keçirilməsinin məqsəd və vəzifələrini nəzərə çatdırdılar. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə ölkəmizdə gənclərin sağlam inkişafı naminə görülən davamlı işlər barədə danışdı. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Dilşad Mahmudova isə hər kəsi vaxtında xəstəliklərin profilaktikası məqsədilə məlumatlı olmağa və sağlam həyat tərzini seçməyə çağırdı.

İSİM-in ictimaiyyətlə əlaqələr üzrə meneceri Səadət Hənifəyeva tütünün dünyada yayılmasının tarixinə xronoloji nəzər yetirdi, tütünçəkməyə başlama səbəblərindən, tütün tüstüsünün insan orqanizminə ciddi təsirindən, aktiv və passiv tütünçəkmə nəticəsində yaranan xəstəliklərdən bəhs etdi: “Tütün tüstüsünün yaratdığı əsas xəstəliklər ağ ciyər xərçəngi, tənəffüs yollarının xroniki xəstəlikləri və ürək-damar xəstəlikləridir. Tütün çəkilən məkanda havanın çirklənməsi 6 dəfə arta bilər. Beləliklə, passiv tütünçəkmə də sağlam həyat üçün təhlükə yaradır!”

Erkən nikahların və məişət zorakılığının qarşısının alınması barədə İSİM-in ictimaiyyətlə əlaqələr üzrə meneceri Nərmin İlyasova təqdimat etdi: “Ailədə ən çox qadınlar və uşaqlar zorakılığa məruz qalırlar. Belə ki, uşaqlar erkən nikaha məcbur edilirlər. Statistikaya görə, dünya qadınlarının 60%-i öz ailələri tərəfindən zorakılığa məruz qalır.”

Təqdimatların sonunda mövzular üzrə videoçarxlar izlənildi, İSİM tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanıldı.

Bakı şəhərinin 7 rayonunda keçirilməsi nəzərdə tutulan sağlamlıq forumlarına 2016-cı il mayın 5-də Bakının Nərimanov rayonunda yerləşən Bakı Modern Məktəbində başlanılıb. Mayın 13-də isə Bakı şəhəri Nəsimi rayonunda yerləşən 240 nömrəli məktəbdə növbəti sağlamlıq forumu keçirilib.

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.