İSİM-in nümayəndələri Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tədbirinə qatıldılar | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

19 MAY 2016

İSİM-in nümayəndələri Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tədbirinə qatıldılar

2016-cı il mayın 19-da Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  “Grand Hotel Europe” hotelində  “İcbari tibbi sığortanın tətbiqi üzrə jurnalistlərin biliklərinin artırılması” mövzusunda təlim təşkil etdi. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə Kommunikasiyası və İctimaiyyətlə Əlaqələr Şöbəsinin nümayəndələrinin də qatıldığı bu təlimin məqsədi səhiyyənin maliyyələşməsi və icbari tibbi sığorta haqqında media nümayəndələrini daha geniş informasiya ilə təmin etmək və gələcək fəaliyyətdə media ilə sıx əməkdaşlığa nail olmaqdır.

Tədbirdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev icbari tibbi sığorta sisteminin formalaşması hökumətin həyata keçirdiyi sosial yönümlü layihələrdən biri olduğundan və burada ilk növbədə vətəndaşlarımızın maraqlarının təmin olunması əsas götürüldüyündən danışdı. Prezident İlham Əliyevin tapşırığına əsasən, icbari tibbi sığortanı qısa zamanda və vətəndaşlarımızın mənafeyinə uyğun şəkildə tətbiq ediləcəyini bildirən Agentliyin direktoru, səhiyyənin təşkili və icbari tibbi sığorta sahəsində  ictimaiyyətin daha dolğun və düzgün məlumatlı olmasında KİV-in rolunun böyük olmasını diqqətə çatdırdı.

Agentliyin monitorinq, təhlil və informasiya texnologiyaları şöbəsinin müdiri İsa Əliyev Azərbaycanda 2016-cı ilin sonlarına doğru və ya 2017-ci ilin əvvəlində icbari tibbi sığortanın tətbiqi məqsədilə pilot layihənin həyata keçirilməsindən söhbət açdı.

İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanovun  sözlərinə  görə, bu gün artıq Azərbaycan sosial-iqtisadi inkişafın elə bir mərhələsindədir ki, vətəndaşların sağlamlığının təmin olunması, onların maneəsiz tam tibbi xidmətlər alması üçün icbari tibbi sığorta sisteminin tətbiqinə hazırdır. Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycan da icbari tibbi sığortanın universal təminatına nail olmaq istəyir və buna nail olmaq üçün vaxt lazımdır.

Təlim zamanı iştirakçılara Azərbaycanın mövcud səhiyyə sistemi (tibbi xidmətin təşkili, strukturu və s.), səhiyyənin maliyyələşməsi mexanizmləri, digər ölkələrdə tətbiq edilən müxtəlif maliyyələşmə mexanizmləri, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi imkanları barədə məlumatlar verildi. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edildi.