• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

7 DEKABR 2015

“Azərbaycanda orta tibb işçiləri və mamaların təhsilinin və təcrübəsinin gücləndirilməsi”nə dair dəyirmi masa keçirildi

2015-ci il dekabrın 4-də Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) “Azərbaycanda orta tibb işçiləri və mamaların təhsilinin və təcrübəsinin gücləndirilməsi” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), iri klinik xəstəxanalar və tibb kolleclərinin nümayəndələri iştirak etdilər.

Giriş sözü ilə çıxış edən Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Qasımov mamaların təhsil almasının vacibliyini vurğuladı. Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva orta tibb işçilərinin hazırlığı, bilik və bacarıqlarının yüksəldilməsini Azərbaycan səhiyyəsi üçün çox mühüm vəzifə olduğunu təsdiqlədi. Z.Mustafayeva dəyirmi masanın məhz bu problemə həsr olunduğunu açıqlayaraq beynəlxalq təcrübənin ölkəmizdə tətbiq edilməsinin zəruriliyini diqqətə çatdırdı.

ÜST-nin Avropa Regional Bürosunun nümayəndəsi Qalina Perfiliyeva “Orta tibb işçilərinin təhsili və təcrübəsinin gücləndirilməsi sahəsində Səhiyyə-2020 məqsədlərinə doğru Avropa Strateji İstiqamətlənməsi” mövzusunda təqdimatla çıxış etdi. “Azərbaycanda orta tibb işçiləri və mamaların insan resurslarının cari vəziyyətinin təhlili” haqqında İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə məlumat verdi.

ÜST-nin Əməkdaşlıq Mərkəzinin Qlasqou Kaledoniya Universitetinin nümayəndəsi Andy Gibbs “Orta tibb işçilərinin təhsili sahəsində beynəlxalq əməkdaşlıq “ERASMUS plus 2016” seçimləri” mövzusunda Avropada orta tibb işçilərinin təhsilinə qoyulan tələblərə dair məruzə etdi.

Təqdimatlar müzakirələrlə davam etdi.