• İSİM-də “21 sentyabr - Beynəlxalq Sülh Günü”nə həsr edilmiş tədbir keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

26 NOYABR 2015

İSİM orta ümumtəhsil məktəblərində məişət zorakılığı ilə bağlı maarifləndirmə işləri aparır (FOTO)

2015-ci il noyabrın 26-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakının Binəqədi rayonunda yerləşən 283 nömrəli tam orta məktəbdə məişət zorakılığı ilə bağlı növbəti maarifləndirmə tədbiri keçirildi. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli 537 nömrəli Fərmanının icrası ilə bağlı “Məişət zorakılığının qarşısının alınması üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq keçirilən təqdimatlarda İSİM-in əməkdaşları Nərmin İlyasova və Kubə Xəlilova çıxış etdilər.

Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı keçirilən təqdimatlarda məruzəçilər məişət zorakılığının subyektləri, cəmiyyətdə və məişətdə qadın zorakılığı, zorakılığın formaları, erkən və məcburi nikah barədə ətraflı məlumat verdilər. Həmçinin məişət zorakılığının tibbi-psixoloji nəticələri izah edildi və qarşısının alınması üçün zəruri addımlara nəzər yetirildi.

Mövzu ilə əlaqədar qısametrajlı film və videoçarxlar maraqla qarşılandı. İnteraktiv şəkildə qurulan təqdimatların sonunda şagirdlərə İSİM tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanıldı.

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.