• “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

13 NOYABR 2015

İSİM-də neonatal reanimasiya üzrə təlimlərə başlanıldı

2015-ci il noyabrın 12-13-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) antenatal yardım xidməti göstərən tibb müəssisələrinin işçiləri üçün "Yenidoğulmuşların reanimasiyası" üzrə təlim keçirildi. Bu və növbəti təlimlər Səhiyyə Nazirliyinin 2 sentyabr 2014-cü il tarixli 87 nömrəli əmri ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. Sözügedən təlimlər Amerika Kardiologiya Assosiasiyasının və Amerika Pediatriya Akademiyasının "Yenidoğulmuşların Reanimasiyası Proqramı"nın əsasında tərtib edilmiş və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Yenidoğulmuşların reanimasiyası” dərsliyi əsasında aparılır. Təlimlərdə Yenidoğulmuşların Reanimasiyası Proqramı üzrə iş, neonatal reanimasiya üzrə 2015-ci ilədək bütün yeniliklər, istifadə edilən aidiyyəti yeni texnologiyaların öyrədilməsi, həmçinin manekenlərin istifadəsi ilə praktik məşğələlər keçirilir. Tədbirlərin məqsədi son illər ərzində yenidoğulmuşların reanimasiyası zamanı istifadə olunan bilik və bacarıqlara yenidən baxış, yenidoğulmuşların reanimasiyası zamanı komanda işinin aparılması və ölkə üzrə reanimasiya tədbirləri zamanı atılan bütün addımların sənədləşdirilməsinə müasir yanaşmaların daha geniş tətbiqinə təsir etməkdir. Bununla da həkimlərin iş potensialının artırılmasına, onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə nail olunacaqdır.

Hazırkı təlimə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Elmi-Tədqiqat Pediatriya İnstitutu, Azərbaycan Tibb Universiteti, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Respublika Perinatal Mərkəzi və Mərkəzi Klinik Xəstəxanada antenatal yardım xidməti sahəsində çalışan həkimlər cəlb olunublar.

Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynovun rəhbərliyi altında keçirilən bu təlimlər noyabrın 24-25-də, dekabrın 8-9-da və 15-16-da növbəti qruplar üçün davam edəcək.