İSİM-in əməkdaşı qadınların sülh və təhlükəsizlik məsələlərində rolu üzrə beynəlxalq təlimdə iştirak etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

10 İYUL 2015

İSİM-in əməkdaşı qadınların sülh və təhlükəsizlik məsələlərində rolu üzrə beynəlxalq təlimdə iştirak etdi

2015-ci il iyulun 5-dən 10-na kimi Gürcüstanın paytaxtı Tbilisidə “Kvinna till Kvinna” təşkilatının təşəbbüsü ilə Gənc Qadınlar Akademiyasının II Modulu üzrə təlim keçirildi. İştirakçılar Akademiyanın I Modulu üzrə təlimdə iştirak etmiş və II Modula uğurla irəliləmiş Cənubi Qafqaz və Balkan ölkələrindən olan gənc qadınlar idilər. Təlimdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşı Rigina Baxşəliyeva iştirak etdi.

Təlimdə gənc qadınların liderlik və kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi, effektiv kommunikasiyanın sirləri, cəmiyyətdə qadının rolunun təbliği, gender bərabərliyi, qadınlara qarşı zorakılıqla mübarizə, qadın haqlarının qorunması ilə bağlı məruzələr dinlənildi. Təlim ərzində iştirakçılar təmsil etdikləri ölkələrin ictimai həyatında fəal iştirak etmək məqsədilə bilik və bacarıqlara yiyələndilər. İştirakçılar təlimin nəticəsi olaraq, layihə hazırlayacaqlar.