İSİM “HƏR GÜNÜN TÜTÜNSÜZ OLSUN!” adlı aksiyaya başlayacaq | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

30 MAY 2015

İSİM “HƏR GÜNÜN TÜTÜNSÜZ OLSUN!” adlı aksiyaya başlayacaq

2015-ci il mayın 31-dən etibarən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Facebook səhifəsində “HƏR GÜNÜN TÜTÜNSÜZ OLSUN!” adlı aksiyaya start veriləcək. Aksiya 1 il davam edəcək.

Aksiyaya qoşulmaq üçün xüsusi hazırlanmış “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” adlı plakat və ya həmin yazı fonunda çəkilmiş fotoşəkil mesajla İSİM-in Facebook səhifəsinə göndərilməlidir. Göndərilən şəkillər İSİM-in Facebook səhifəsində yerləşdiriləcək. Aksiya iştirakçıları şəkilləri #mensiqaretcekmirem haştaqı ilə üzv olduqları sosial şəbəkələrdə də paylaşa bilərlər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 1988-ci ildən başlayaraq hər il 31 may Ümumdünya Tütünsüz Günü kimi qeyd olunur. Həmin gün ictimaiyyətin diqqəti tütündən istifadənin təhlükələrinə, tütün epidemiyasına qarşı aparılan mübarizəyə, gələcək nəsillərin qorunması məqsədilə dünya ictimaiyyətini fəal olmağa yönəldilir.

Dünyada hər il təxminən 6 milyon insan tütünçəkmənin yaratdığı xəstəliklərdən dünyasını dəyişir. 20-ci əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoyub.

Tütünlə mübarizə bir gün yox, hər gün aparılmalıdır! İSİM hamını “HƏR GÜNÜN TÜTÜNSÜZ OLSUN!” adlı aksiyaya qoşulmağa tütünlə mübarizədə həmrəy olmağa çağırır!