"Hemofiliyanın diaqnostika və müalicəsi üzrə klinik protokol"un aidiyyəti müəssisələrə paylanılması prosesinə başlanılıb | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

19 MART 2015

"Hemofiliyanın diaqnostika və müalicəsi üzrə klinik protokol"un aidiyyəti müəssisələrə paylanılması prosesinə başlanılıb

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) hazırlanmış növbəti klinik protokol Səhiyyə Nazirliyi kollegiyasının 19 yanvar 2015-ci il 01 saylı qərarı ilə təsdiq edildi. Qabaqcıl tibb mütəxəssislərinin tərtib etdiyi "Hemofiliyanın diaqnostika və müalicəsi üzrə klinik protokol" hematoloqlar və müxtəlif ixtisaslı həkimlər üçün nəzərdə tutulub. Klinik protokol hemofiliyalı uşaqlar, yeniyetmələr, böyüklərdən ibarət pasiyent qrupunu əhatə edir. Klinik protokol sübutlu təbabətə əsaslanan müasir diaqnostika və müalicə metodlarını tətbiq etməklə hemofiliyanın diaqnostika, müayinə və profilaktikasının təkmilləşdirilməsi, erkən aşkar edilmə səviyyəsinin yüksəldilməsi, xəstələrin həyat keyfiyyətinin və sosial adaptasiyasının yaxşılaşdırılmasına nail olmaq məqsədlərini daşıyır.

"Hemofiliyanın diaqnostika və müalicəsi üzrə klinik protokol"da tibb mütəxəssislərinə hemofiliyanın A və B formaları, hemofiliyaya çox oxşayan Von Willebrand xəstəliyi arasında differensial diaqnostika, xəstəliyin aşkarlanması və müalicəsi ilə bağlı qabaqcıl texnologiyaya əsaslanan üsulların tətbiqi tövsiyə olunur. Bu protokol müəyyən tibbi müdaxilənin effektivliyi ilə bağlı ən etibarlı elmi məlumatlar əsasında tərtib olunub.

İSİM tərəfindən çap edilmiş "Hemofiliyanın diaqnostika və müalicəsi üzrə klinik protokol"un aidiyyəti müəssisələrə paylanılması prosesinə artıq başlanılıb.